SON DƏQİQƏ
» » İrandan Sədərək Ticarət Mərkəzinə mal gətirilməsi dayandırıldı

İrandan Sədərək Ticarət Mərkəzinə mal gətirilməsi dayandırıldı

Tarix:

24-02-2020, 12:39

/ 2 279 dəfə oxundu.
İrandan Sədərək Ticarət Mərkəzinə mal gətirilməsi dayandırıldı

İran İslam Respublikasından Azərbaycanda fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzinə satış üçün malların gətirilməsi dayandırılıb.
GunAz.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında mərkəzin mətbuat xidmətini rəhbəri Mikayıl Qədimov deyib.
Onun sözlərinə görə, İrandan Sədərək Ticarət Mərkəzinə əsasən xalça və digər toxuculuq məhsulları gətirilir:
"Həmin mallar isə artıq gətirilmir. Həm indiki vaxtda bazarda İran malları işləmir. Xalça biznesi ilə məşğul olan şəxslərin əvvəlki aylardan gətirdiyi mallar hələ satılmayıb. Ona görə də İrandan Sədərək Ticarət Mərkəzinə malların gətirilməsi dayandırılıb. Bazara əsasən Türkiyə və Çindən mallar gətirilirdi ki, koronavirusla bağlı Çindən də malların gətirilməsi dayandırılıb. İndi bazara ancaq Türkiyədən mallar gətirilir".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ