SON DƏQİQƏ
» » 50 yaşlı arvadı dostu ilə qaçan ər GÖRÜN NƏLƏR DEDİ - ŞOK

50 yaşlı arvadı dostu ilə qaçan ər GÖRÜN NƏLƏR DEDİ - ŞOK

Tarix:

20-02-2020, 16:17

/ 1 877 dəfə oxundu.
50 yaşlı arvadı dostu ilə qaçan ər GÖRÜN NƏLƏR DEDİ - ŞOK

Arvadı yaxın dostu ilə qaçan kişi hadisə ilə bağlı Publika.az-a danışıb.

 

İsmayıllı rayon sakini 52 yaşlı Sarvan Hacıyev bildirib ki, 50 yaşlı Məlahət Hacıyeva ilə 26 illdir ailəlidir. Son 3-4 ilə qədər münasibətlərində problem olmayıb.

 

S.Hacıyevin sözlərinə görə, 3 ildir ər-arvad kimi yaşamayıblar: "Bir evdə yaşasaq da, ayrı-ayrı otaqlarda qalırdıq. Raqubla aralarında başqa münasibətin olduğundan şübhələnmişdim. Raqubla 3-4 il idi ki, tanış idik. Evimizə tez-tez gəlirdi. Gecə saat 12-dək otururdu. Hətta dəfələrlə gec olduğu üçün getməsini istəsəm də "məni evdən qovursan" deyə zarafata salırdı".

 

Azərbaycanda ŞOK OLAY: nənə ərinin dostu ilə QAÇDI

 

S.Hacıyevin sözlərinə görə, arvadı Məlahət və Raqub dəfələrlə ona dərman verib yatırdıblar: "Yaşadığımız ev qadının adındadır. Qaçdığı kişi ilə birləşib evi satmaq istəyiblər".

 

S.Hacıyev bildirib ki, oğlu Rusiya vətəndaşıdır və hazırda orada yaşayır. Qızı isə nişanlıdır.

 

O bildirib ki, arvadı geri qayıdarsa, qəbul edəcək: "Qayıdıb evin bir otağında yaşaya bilər. Ancaq onu arvadım kimi qəbul edə bilmərəm. Evlənməyi düşünürəm. Oğlum, qızım deyir ki, anamız gedibsə, sən də evlən. Övladlarım analarını qəbul etmir. Qızım deyir ki, evə qayıtsa, onu öldürərəm".

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ