SON DƏQİQƏ
» » Pensiyalar bu qədər artırıldı MÖHTƏŞƏM XƏBƏR - VİDEO

Pensiyalar bu qədər artırıldı MÖHTƏŞƏM XƏBƏR - VİDEO

Tarix:

6-02-2020, 22:26

/ 5 057 dəfə oxundu.
Pensiyalar bu qədər artırıldı MÖHTƏŞƏM XƏBƏR - VİDEO

Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevartımla bağlı təfərrüatları açıqlayıb. Nazir bildirib ki , artımla orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksəlib. Pensiyaçılar həmçinin yanvar ayının artımını da fevral ayında ala biləcəklər.

1 milyon 120 minə yaxın insanın pensiyası artırıldı. Prezident İlham Əliyevin "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" sərəncamı ilə orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksəlib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev sərəncamının icrası ilə əlaqədar mətbuat konfransında çıxışı zamanı bildirib ki,artım 2020-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək.

Sahil Babayev 8 saatlıq iş rejiminə riayət edilməsi üçün görüləcək tədbirləri də açıqlayıb.

Sahil Babayev həmçinin onu da bildirib ki, ötən il ərzində 11 minə yaxın vəfat etmiş şəxs, eləcə də 3700-dən artıq əsassız əlillik üzərindən pensiya alan şəxslər sistemdən kənarlaşdırılıb,3000-dən artıq ünvanlı yardım təyinatı ləğv edilib və onlara verilən ödənişlər dayandırılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ