SON DƏQİQƏ

Gəlin yardımlarımızı əsirgəməyək-VİDEO

Tarix:

28-01-2020, 09:31

/ 1 586 dəfə oxundu.
Gəlin yardımlarımızı əsirgəməyək-VİDEO

Vətənpərvər, fəlsəfi, romantik şerlər müəllifi tanınmış şairə Mətanət Duyğulunun sosial şəbəkədə paylaşdığı bir elan Mətanət xanımın öz duyğularının təcəssümüdür. Bu məlhəm işə hər bir imkanlı insanın qoşulması vacibdən-vacibdir.

GunAz.az həmin elanı olduğu kimi dərc edir:  

"Yardımlarınızı "Əbəlfəzli-Hüseyn fondu"ndan əsirgəməyin. Bu fond, kimsəsizlərə yardım fondudur. Vidiosunu paylaşdığım ailə çox çətin və dözülməz şəraitdə yaşayırlar. Qışın soyuğu çöldən çox onların evinin içində hiss olunur. Biz artıq bu ailənin evinin təmirinə başlamışıq.Hələ neçə-neçə bunlar kimi ailələr var, qazanında ət qaynamayan evlər, əyni isti paltar görməyən uşaqlar var. Gəlin yardımlarımızı əsirgəməyək . Əl tutmaq əlidən qalıb deyirlər.Bu fonda köçürülən pullar, kimsəsiz ailələrə, xəstələrə, xərclənir.Əvvəlcədən hər birinizə təşəkkür edirəm".

 

 

 

скачать dle 12.1

Şərhlər