SON DƏQİQƏ

Narkotik satışı ilə mşğul olan cinayətkar şəbəkə ifşa edilib - saxlanılanlar var - VİDEO

Tarix:17-01-2020, 19:52 Oxunub:1 667

Bakıda narkotik maddə satan qadın və onunla əlbir olan cinayətkar şəbəkə ifşa edilib.

 

GunAz.az-ın məlumatına görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Cəlilabad rayon polis şöbəsi əməkdaşları şəhər sakini Mahizər Məmmədovanı Nərimanov rayonunda saxlayıblar.

 

Onun üzərində axtarış aparılan zaman 2 kiloqram 50 qram narkotik vasitə heroin və 321 qramdan çox psixotrop maddə aşkar olunaraq götürülüb. Müəyyən edilib ki, Mahizər Məmmədova narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan Maqsud adlı İran vətəndaşından satmaq məqsədi ilə əldə edib.

 

Qeyd edək ki, Mahizər Məmmədova bir neçə dəfə həmin şəxsin ona göndərdiyi narkotik vasitələrin satışını həyata keçirib. O, narkotik vasitələrin pulunu Maqsuda Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin birinin tələbəsi olan İran vətəndaşı Afşin Naderinin vasitəsi ilə göndərib. Polis əməkdaşları tərəfindən Afşin Naderi də saxlanaraq istintaqa təqdim edilib.

 

Araşdırmalar zamanı Maqsud adlı şəxsin Mahizər Məmmədovaya yenidən külli miqdarda narkotik vasitə göndərəcəyi məlum olub. Görülmüş tədbirlərlə Sabirabad rayonu ərazisində qadına 3 kiloqram yarım heroin vermək istəyən Mingəçevir şəhər sakinləri əvvəllər məhkum olunmuş Heydər Məmmədov və Azər Ağayev də tutularaq istintaqa təqdim ediliblər.

 

Adı çəkilən şəxslər polisdən qaçmaq istəyərkən qəza törədiblər.

 

Faktlarla bağlı cinayət işi başlanıb və saxlanan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

 

GunAz.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

https://youtu.be/CeeiKGP78J0

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<