SON DƏQİQƏ
» » Seçkinin mediada işıqlandırılması mövzusu müzakirə edilib - VİDEO

Seçkinin mediada işıqlandırılması mövzusu müzakirə edilib - VİDEO

Tarix:

17-01-2020, 08:20

/ 1 626 dəfə oxundu.
Seçkinin mediada işıqlandırılması mövzusu müzakirə edilib - VİDEO

Yanvarın 16-da Avropa Şurası Mərkəzi Seçki Komissiyası ilə birlikdə Bakıda "Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyası təşkil edib.
GunAz.az xəbər verir ki, sessiyada çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, əvvəlki parlament seçkiləri ilə müqayisədə fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar indiyədək rekord sayda deputatlığa namizəd qeydə alınıb. Yanvarın 15-nə olan məlumata görə, 1534 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
MSK sədri qeyd edib ki, seçki prosesində mətbuat fəal iştirak edir. Bu da Azərbaycan dövlətinin şəffaf, demokratik seçkilərin keçirilməsi üçün ortaya qoyduğu siyasi iradənin ən bariz nümunələrindən biridir. 
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova bildirib ki, fevralın 9-da keçiriləcək parlament seçkiləri daha çevik, peşəkar deputat korpusunun formalaşmasına yönəlib. Parlament seçkiləri taleyüklü proses olduğu üçün bütün siyasi partiyalar, vətəndaş cəmiyyəti fəallaşır və media da bunun tərkib hissəsidir.
Seçkiqabağı təşviqat aparmaq üçün 40-a yaxın KİV-in qeydiyyatdan keçdiyini diqqətə çatdıran Səadət Yusifova seçkilər dövründə medianın üzərinə böyük yük düşdüyünü bildirib. O əlavə edib ki, media nümayəndələri prosesi obyektiv işıqlandırmalı və bütün namizədlər üçün bərabər şərait yaratmalıdır. 

Səadət Yusifova qeyd edib ki, ölkə əhalisinin 82 faizi sosial şəbəkə istifadəçisidir. Buna görə də, blogerlər və sosial şəbəkələrdə səhifə adminləri də seçki təbliğatını qaydalara uyğun şəkildə icra etməlidir.

Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan Hernyes bildirib ki, seçkilərin azad və demokratik keçirilməsində mətbuat mühüm rol oynayır. Ona görə də mediaya seçki prosesini işıqlandırmağa imkan yaradılmalıdır. 
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov deyib ki, seçki prosesində medianın rolu qanunvericiliklə tənzimlənir. O, seçkiqabağı təşviqat zamanı televiziya və radio kanallarının əməl etməli olduğu məsələlərdən danışıb. 
İnformasiya sessiyası müzakirələrlə davam edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ