SON DƏQİQƏ
» » Qadınları ölkədən aparan Təranənin - Şok əməlləri

Qadınları ölkədən aparan Təranənin - Şok əməlləri

Tarix:

14-01-2020, 12:24

/ 1 225 dəfə oxundu.
Qadınları ölkədən aparan Təranənin - Şok əməlləri

Azərbaycanlı qadınları cinsi istismara məruz qoymaqda ittiham olunan Təranə Abdullayevanın barəsində cinayət işi başlanıb.

GunAz.az xəbər verir ki, istintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

Təranə Abdullayeva Azərbaycan vətəndaşı olan 6 qadını ölkə hüdudlarından kənara aparıb. Onları Türkiyə və digər ölkələrdə fahişəliyə məcbur edib. Zərərçəkmiş qadınların Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Baş Mübarizə İdarəsinə etdikləri şikayətdən sonra Təranə Abdullayeva həbs edilib.

Təranə Abdullayevanın cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əfqan Hacıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yanvarın 23-nə təyin olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ