SON DƏQİQƏ
» » Şamaxı “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı

Şamaxı “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı

Tarix:

24-12-2019, 15:01

/ 1 605 dəfə oxundu.
Şamaxı “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Şamaxı "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb. GunAz.az xəbər verir ki, Mərkəz əsasən Şamaxı, Qobustan, İsmayıllı, Ağsu və Göyçay rayonlarında qeydiyyatda olan 450 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək. Yeni açılmış xidmət mərkəzi müasir innovasiyalara cavab verən texnologiya ilə təmin olunaraq vətəndaşların istifadəsinə verilib. 5 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı "ASAN Həyat" kompleksinin açılışında iştirak edib.

Qeyd edək ki, hazırda 16 "ASAN xidmət" mərkəzi mövcuddur. Onlardan 5-i paytaxt Bakıda, digər 11-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki və Şamaxıdadır.

скачать dle 12.1

Şərhlər