SON DƏQİQƏ

Armud bağırsaqlar üçün ən faydalı meyvədirb

Tarix:

13-12-2019, 19:57

/ 921 dəfə oxundu.
Armud bağırsaqlar üçün ən faydalı meyvədirb

Diyetoloqların fikrincə, armud bağırsaqlar üçün ən faydalı meyvə hesab edilir.

GunAz.az bu barədə Rusiyanın rg.ru saytına istinadla xəbər verir.

Meyvə çox gözəl sellüloza mənbəyidir. Onun lifləri bağırsaqların mikrobiomuna, yəni metabolik və immun proseslərə xeyirli təsir göstərir.

Armud ikinci tip şəkərli diabet və piylənmə riskini azalda bilər. Onun tərkibində çoxlu vitamin və minerallar var. Məsələn, kalium maddəsi insan orqanizmində maye balansını nizama salmağa kömək edir, həmçinin onun tərkibində olan fosfor, vitamin və kalsium dişləri və sümükləri uzun müddət normal vəziyyətdə saxlayır.

Lakin armuda qarşı allergiyası olanlar da var. Allergiya aşkar edildiyi hallarda həkimə müraciət etmək lazımdır.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ