SON DƏQİQƏ

Sovxoz Ramanının acınacaqlı durumu…

Tarix:

11-12-2019, 22:54

/ 3 140 dəfə oxundu.
Sovxoz Ramanının acınacaqlı durumu…

 

Bizim işimiz göstərib-yazmaq, məmurlarınkı isə iş görməkdir

 

Bu yaxınlarda Sabunçu rayonunun Ramanı kəndinə qonaq getmişdik. Ramanı Maştağa yolunun sağ hissəsində yerləşir. Kənddə bir neçə məktəb var. Kəndin tarixi çox da qədim deyil.

Sovxoz Ramanı kəndinin əhalisi sovetlər dövründə maldarlıqla məşğul olublar. Bizim də orada bir neçə qohumlarımız yaşayır. Kəndə girəndə sözün düzü dəhşətə gəldik. Səməd Vurğun küçəsi deyilən ərazidə qaçqınlar məktəbi yerləşir. Məktəbə gedib-gələn şagirdlərin əyin-başına diqqət yetirsək ürəkağrıdan mənzərə idi. Çünki yollar bərbad vəziyyətdə, maşınlar gölün içərisindən çətinliklə gedib-gəlirlər.

Fikirləşdim ki, yəqin bu kəndin şəhərdən 15 km aralıda yerləşməsinə baxmayaraq bura fikir verən yoxdur və olmayıb. Nə deyə bilərdik bizə yalnız şəkil çəkmək qalırdı. Maraqlı odur ki, kəndin bələdiyyəsi, icra nümayəndəsi hara baxır. Bir neçə nəfərdən eşitdiyimizə görə Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən Sovxoz Ramanıya ogey münasibət mövcuddur.

Dahi şairimiz Səməd Vurğunun adına olan küçədə gölməçə, palçıq əlindən tərpənmək olmur. Təcili surətdə Sabunçu rayon İcra Hakimiyyəti və bələdiyyəsi tərəfidən bura bir əncam çəkilməsə, kəndin vəziyyəti getdikcə daha da acınacaqlı olacaq.

Bizim işimiz deyib-yazmaq, məmurlarınkı isə iş görməkdir.

Mövzuya yenə qayıdacağıq.

 Məmmədhəsən MƏMMƏDOV

Sovxoz Ramanının acınacaqlı durumu…

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ