SON DƏQİQƏ
» » Prezident Nazirlər Kabinetinə yeni səlahiyyət verdi

Prezident Nazirlər Kabinetinə yeni səlahiyyət verdi

Tarix:

10-12-2019, 19:53

/ 1 748 dəfə oxundu.
Prezident Nazirlər Kabinetinə yeni səlahiyyət verdi

Prezident İlham Əliyev “Patent haqqında” qanunun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 755 nömrəli fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

GunAz.az-ın məlumatına görə, 2.1-ci bənddən “4.2-ci maddəsində,” sözləri çıxarılıb. Həmin bənddə “39.2-ci maddəsində (birinci halda)” sözləri “39.2-ci maddəsində (birinci və ikinci hallarda)” sözləri ilə əvəz edilib.

Eyni zamanda, aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilib:

“2.1-1. həmin qanunun 39.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur”.

2.2-ci bənddə “39.2-ci maddəsində (ikinci halda)” sözləri “39.2-ci maddəsində (üçüncü halda)” sözləri ilə əvəz edilsin.

2.4-cü bənddən “4.2-ci maddəsində,” sözləri çıxarılıb və həmin bəndə “39.2-ci maddəsində” sözlərindən sonra “(birinci halda)” sözləri əlavə edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ