SON DƏQİQƏ
» » Baramaçılıqda bir ilk - Gələn ildən süni yem istehsalına başlanılır

Baramaçılıqda bir ilk - Gələn ildən süni yem istehsalına başlanılır

Tarix:

9-12-2019, 20:51

/ 791 dəfə oxundu.
Baramaçılıqda bir ilk - Gələn ildən süni yem istehsalına başlanılır

GunAz.az-a verilən məlumata görə, bundan sonra il boyu barama əldə etmək mümkün olacaq. Bu il ilk dəfə olaraq baramaçılığın ölkədə inkişafı məqsədilə Abşeron rayonunda Çindən gətirilən tut tinglərinin əkilməsinə başlanılıb. Pirşağıda Baytarlıq Elmi Tədqiqat İnstitutunun 10 hektar sahəsinin 5 hektarında Çindən gətirilən 65 min ting əkiləcək. Digər 5 hektarda isə yerli tut tingləri əkiləcək. Alınan yarpaqlardan isə barama  qurdlarının il boyu bəslənilməsi üçün süni yem hazırlanacaq. Gələn il isə ərazidə kümçülük təsərrüfatı və istehsalat sahəsi qurulucaq. Bundan sonra il boyu barama məhsulu tədarük olunmağa başlayacaq. Qeyd edək ki, bu il ölkədə 641 ton barama tədarük olunub. 2025-ci ildə yaş barama istehsalının 6 min tona çatdırılması planlaşdırılır.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ