SON DƏQİQƏ
» » Xaricdə yaşayan soydaşlarımız üçün yeni fürsət- RƏYLƏR

Xaricdə yaşayan soydaşlarımız üçün yeni fürsət- RƏYLƏR

Tarix:

9-12-2019, 15:37

/ 1 881 dəfə oxundu.
Xaricdə yaşayan soydaşlarımız üçün yeni fürsət- RƏYLƏR

Artıq vətəndən kənarda yaşayan hər bir azərbaycanlı onun arxasında güclü Azərbaycan dövlətinin dayandığının fərqindədir.

Artıq bir xeyli müddətdir ki, xaricdə yaşayan soydaşlarımız, diaspor işi sahəsində nəzərəçarpacaq dərəcədə ciddi işlər görülür. Bu istiqamətdə həyata keçirilən tədbirlər, görülən işlərin müsbət sonluqla nəticələnməsi, diasprumuzda bir canlanmanın yaranması dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında bir məmnunluq yaradır. Eyni zamanda xaricdə yaşayan soydaşlarımız onların arxasında gücılü bir Azərbaycan dövlətinin dayandığının artıq fərqinə varır, bundan qürur duyurlar. Çünki qeyd etdiyimiz kimi indi diaspor, xaricdə yaşayan soydaşlarımızla iş kəmiyyət və keyfiyyət baxımından yeni bir mərhələyə qədəm qoyub.

Xaricdə yaşayan azərbaycanlılar arasında məmnunluq yaradan hadisələrdən biri də bu günlərdə qeyd edilən sahədə daha bir yeniliyin gündəmə gəlməsidir. Belə ki, yayılan məlumatlara görə,  xaricdə yaşayan Azərbaycan mənşəli şəxslər üçün müxtəlif imtiyazlar vəd edən qanun layihəsi hazırlanır. Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı "Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında" qanun layihəsində "soydaş" anlayışı müəyyən edilib. Komitənin rəsmisi Şahin Camalov bu günlərdə sözügedən məsələ ilə bağlı  BBC News Azərbaycana verdiyi açıqlamada qeyd edib ki, bu qanun layihəsi xaricdə yaşayan və özünü azərbaycanlı sayan hər kəsə şamil olunacaq: "Valideynləri Azərbaycandan olan, Azərbaycan SSR-in və indiki respublikanın vətəndaşı olmuş, amma indi xarici ölkə vətəndaşı olanlara "soydaş vəsiqəsi" veriləcək". Onun sözlərinə görə, dünya təcrübəsindən yararlanaraq, Azərbaycan da özünü azərbaycanlı sayanlara müxtəlif imtiyazlar verməyi düşünür: "Məsələn, soydaş vəsiqəsi olanlar və onların ailə üzvləri 90 gün ərzində Azərbaycana vizasız gəlib qala biləcəklər. Amma imtiyaz təkcə bununla bitməyəcək. Onlar Azərbaycanın orta ixtisas ve ali təhsil məktəblərində dövlət hesabına təhsil ala biləcəklər, o cümlədən, vergi sistemində, ölkəyə investisiya qoyan zaman onlar xarici vətəndaşlarla bir tutulmayacaqlar. Bir üstünlük də odur ki, soydaş vəsiqəsi daşıyan xaricdəki azərbaycanlılar Azərbaycanda işləmək arzusuna düşsələr, o zaman onlar əmək miqrantı icazəsinə ehtiyac duymayacaqlar, yəni belə bir icazəni almaqdan azad ediləcəklər". Şahin Camalov qanun layihəsi üzərində işin artıq yekunlaşdığını və onun yaxın vaxtlarda parlamentə göndəriləcəyini bildirib.

Qeyd etdiyimiz kimi sözügedən qanun layihəsinin hazırlanması və soydaşlarımızla işin yeni bir mərhələyə qədəm qoyması xaricdə yaşayan həmvətənlərimiz tərəfindən rəğbətlə qarşılanıb. İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay da deyib ki,  artıq xarici ölkələrdə yaşayan və həmin ölkələrin vətəndaşı olan Azərbaycan əsilli şəxslər üçün yüksək statuslu imtiyazların olduğu qanun layihəsi hazırlanır. Bəs, xarici ölkə vətəndaşı olan soydaşlarımız üçün hansı güzəştlər və imtiyazlar nəzərdə tutulur? İlqar Altay bildirib ki, ilkin variantda layihədə bunlar nəzərdə tutulur və bu da əsas dünya təcrübəsindən götürülüb: "Azərbaycana gediş-gəlişdə istifadə üçün həmvətənlərimizə xüsusi, "soydaş vəsiqəsi" verilir. Həmçinin ildə 90 gün müddətində Azərbaycana vizasız gəliş-qalış mümkün olacaq. Soydaşlarımız Azərbaycanda dövlətin hesabına, ödənişsiz ali təhsil ala biləcəklər. Həmçinin, Azərbaycana investisiya qoyan sahibkarlara, soydaş olaraq fərqli, güzəştli imtiyazlar verilir.  Azərbaycana əmək fəaliyyəti üçün gəlmiş soydaşlara da, güzəştli imtiyazlar var. Məsələn Miqrasiya İdarəsindən icazə lazım olmayacaq". İlqar Altay deyib ki, "Soydaş" statusu, özünü azərbaycanlı sayan, Azərbaycan SSR-nin və müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmuş və hazırda xarici ölkə vətəndaşı olan həmvətənlərimizə verilir: "Məncə yaxşı ideya və layihədi. Amma 2 məsələdə çatışmazlıq var. Birinci, imtiyazlar güzəştlərin dairəsini genişləndirmək lazımdır. İkinci, "Soydaş" statusunu daha geniş formata salıb, Azərbaycanda doğulmamış bəzi kateqoriya insanlarımıza da, aid etmək lazımdır. Məsələn, adam var ki, xaricə köçüb vətəndaşlıq alıb və orada uşağı doğulub. Adam Azərbaycana gələndə uşağı üçün viza almalıdır? Həmvətənlər üçün Azərbaycana vizasız gəlmə müddəti də az qoyulub. Ukrayna, yaxud Gürcüstan vətəndaşlarına Almaniyada ildə 180 gün vizasız qalma imkanı var. Halbuki Almaniyada nə soydaş, nə də rəsmi vətəndaşıdırlar. Soydaşlarımıza ən azı, 180 gün imkanı verilməlidir soydaşlarımıza. Ümumiyyətlə, xaricdəki azərbaycanlı soydaşlar üçün bu cür imkan, şərait, imtiyazlar, güzəştlər nə qədər çox olsa, bir o qədər yaxşıdır. Yəni 60 milyonluq dünya azərbaycanlımız bizim ölkəni dünyadakı yeganə Azərbaycan dövləti kimi, ata vətən hesab edib bizim ölkənin ətrafına yığışar".

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ