SON DƏQİQƏ

Bakıda Yeni il hazırlığı başladı - Foto

Tarix:

9-12-2019, 10:50

/ 946 dəfə oxundu.
Bakıda Yeni il hazırlığı başladı - Foto

Bakıda artıq XXI əsrin 20-ci ilini qarşılamağa hazırlıqlar gedir. Ənənəvi olaraq, şəhərin Fəvvarələr meydanında “Soyuq Əllər, İsti Ürək: Qış Nağılı" yarmarkası təşkil olunub.

GunAz.az xəbər verir ki, hər il keçirilən bu yarmarkaya həm yerli camaat, həm əcnəbilər tərəfindən maraq olur. Yarmarkada şabalıd qovurmasından tutmuş müxtəlif tez hazırlanan yeməklərə, balığa qədər təklif olunur.

Burada kitab, suvenir satışları və s. təşkil edilir. Fəvvarələr meydanında və Natəvan heykəli yaxınlığında böyük yolkalar qurulub, bayram ab-havası hiss olunur.

Eyni yarmarkadan bulvarda da qurulmasına hazırlıq gedir. 2013-cü ildən fəaliyyət göstərən "Soyuq əllər, isti ürək" yarmarkası bu il də dekabrın 1-dən fəaliyyətə başlayıb.

Yarmarkada hər kəs sevdikləri üçün Yeni il hədiyyələri, suvenirlər, kitablar, şirniyyatlar və əl işlərindən hazırlanmış müxtəlif hədiyyələr ala bilər. Bundan əlavə yarmarkada fəaliyyət göstərən kiçik kafelərdə əyləşib yemək və şirniyyatların dadına baxa bilərsiniz.

Şəkil çəkdirməyi xoşlayanlar da diqqətdən kənarda qalmayıb. Belə ki, onlar üçün bayram ab-havalı müxtəlif stendlər quraşdırılıb.

Amma yaxşı olardı ki, şəhərin bir neçə istiqamətlərində “Soyuq Əllər, İsti Ürək: ”Qış Nağılı" təşkil olunardı. Bununla həm mərkəzdə böyük sıxlığın qarşısı alınardı, həm də Nizami küçəsinə gəlməyi uzaq sayanlar üçün rahat olardı.

Bakıda ən böyük qış sərgisi sayılan yarmarkanın təşkilində əsas məqsəd xeyriyyəçilikdir. Nərgiz (Nargis) Fondunun rəhbərliyi ilə yaradılan yarmarkada toplanan vəsaitlər imkansız ailələrin övladlarının müalicə və əməliyyat xərclərinə sərf olunacaq.

Onu da qeyd edək ki, xarici turistlər, çoxluq təşkil edən ərəblər də bu yarmarkaya maraq göstərirlər. Avropanın əksər paytaxtlarında Milad bayramında, Yeni il günlərində mərkəzi hissə bu cür bəzədilir. Çal-çağır, canlı musiqi, isti qəlyanaltılar...

Bakıda Yeni il hazırlığı başladı - Foto

 

Bakıda Yeni il hazırlığı başladı - Foto

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ