SON DƏQİQƏ
» » Deputat seçilmək arzusunda olan vətəndaşların nəzərinə - Məzahir Pənahov açıqladı

Deputat seçilmək arzusunda olan vətəndaşların nəzərinə - Məzahir Pənahov açıqladı

Tarix:

7-12-2019, 14:33

/ 1 355 dəfə oxundu.
Deputat seçilmək arzusunda olan vətəndaşların nəzərinə - Məzahir Pənahov açıqladı

Prezident İlham Əliyevin növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncamı rəsmi şəkildə ictimaiyyətə çatdırılıb və seçilmək arzusunda olan vətəndaşlar namizədliklərini irəli sürə bilərlər.

GunAz.az xəbər veri ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan Televiziyasına danışıb.

"Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edib müvafiq sənədləri götürüb öz fəaliyyətlərinə başlaya bilərlər”, - sədr bildirib.

M.Pənahov qeyd edib ki, MSK-nın iclasında növbədənkənar parlament seçkiləri ilə bağlı məsələlərə baxılacaq, müvafiq işçi qrupları yaradılacaq və seçkilərlə bağlı Təqvim planı təsdiq olunacaq.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ