SON DƏQİQƏ

Bu gecə Bakıda evlər qızacaq... – Rəsmi

Tarix:

14-11-2019, 11:22

/ 823 dəfə oxundu.
Bu gecə Bakıda evlər qızacaq... – Rəsmi

Qrafikə uyğun olaraq, sabahdan etibarən istilik tam şəkildə veriləcək. Ancaq məlumat vermişik ki, harada imkan varsa, istilik bu gündən paylansın. Böyük ehtimalla gecədən artıq bir çox evdə istilik olacaq.

Bu sözləri GunAz.az-a Azəristiliktəchizat ASC-nin mətbuat katibi Rafiq Əliyev sabahdan etibarən işə düşəcək mərkəzləşdirilmiş istilik sistemi ilə bağlı danışarkən deyib.

R.Əliyev bildirib ki, artıq göstəriş verilib və test rejimində bu gündən istilik sistemini işə salmağa başlayıblar:

“Xətlərin yoxlanılması, soyuq suyun buraxılması artıb başa çatıb. Önləyici bütün tədbirlər həyata keçirilib. Test rejimində bütün xətlər hidravlik təzyiqlə yoxlanılıb. Mənzillərə də, binalara da su verilib. Soyuq su ilə dövr də elətdiriblər. Ümumi olaraq onu bildirim ki, heç bir problem yoxdur”.

R.Əliyev qeyd edib ki, bütün xətləri eyni gündə işə salmaq olmur:

“Bu gündən istilik verilən evlər olacaq. Ancaq kütləvi halda istiliyin verilməsinə sabahdan başlanılır”.

скачать dle 12.1

Şərhlər