SON DƏQİQƏ
» » Komitə sədrindən çoxuşaqlı ailələrlə bağlı - TƏKLİF

Komitə sədrindən çoxuşaqlı ailələrlə bağlı - TƏKLİF

Tarix:

12-11-2019, 16:06

/ 1 258 dəfə oxundu.
Komitə sədrindən çoxuşaqlı ailələrlə bağlı - TƏKLİF

Çoxuşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılsın və mümkün olduğu təqdirdə bir az daha da artırılsın.

GunAz.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib.

Deputat güzəştli ipoteka kreditlərinin verilməsi şərtlərinin çoxuşaqlı ailələrə və müəllim ailələrinə şamil olunmasını da təklif edib.

O bildirib ki, uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün dövlət səviyyəsində istirahət məkəzlərinin yaradılması üçün vəsait ayrılmasına böyük ehtiyac var:

"Sosial təminatı zəif olan, o cümlədən, imtiyazlı ailələr, uşaqlar bu düşərgələrdə yararlana bilərlər. Bunun üçün büdcədən böyük vəsaitin ayrılması tələb olunmur”.

N.SAFURA

скачать dle 12.1

Şərhlər