SON DƏQİQƏ
» » Azərbaycanda ilk dəfə 5G şəbəkəsi işə salınıb

Azərbaycanda ilk dəfə 5G şəbəkəsi işə salınıb

Tarix:

12-11-2019, 15:00

/ 1 299 dəfə oxundu.
Azərbaycanda ilk dəfə 5G şəbəkəsi işə salınıb

Azercell Bakının mərkəzində Azərbaycanda ilk 5G şəbəkəsini işə salıb.

GunAz.az xəbər verir ki, ölkədə və regionda ilk dəfə olaraq şəhər həyatının ən izdihamlı və qaynar yaşandığı Fəvvarələr Meydanı 5G şəbəkəsi ilə əhatə olunacaq.

5G şəbəkəsinin demo istifadəçisi çərçivəsində Azercell dekabr ayının əvvəlində Fəvvarələr Meydanında azsaylı dünya operatorları arasında genişmiqyaslı pilot ərazini əhatə etmiş öncül şirkətlərdən biri olacaq.

Dekabr ayından etibarən Azercell, abunəçilərinə 5G şəbəkəsini şəxsən sınaq rejimində təcrübədən keçirmək üçün 5G dəstəkləyən telefonlar təqdim edəcək və şirkətin Müştəri xidmətləri mərkəzində bu növ telefonların satışı aparılacaq.Beşinci nəsil telefonları olan və yeni telefonlar sifariş edən müştərilər Azercell-dən 5G kartlarını ödənişsiz əldə edəcək.

N.SAFURA

скачать dle 12.1

Şərhlər