SON DƏQİQƏ
» » Şəmistan Əlizamanlı Bakıda Ərdoğanla görüşdü - Foto

Şəmistan Əlizamanlı Bakıda Ərdoğanla görüşdü - Foto

Tarix:

15-10-2019, 19:41

/ 1 543 dəfə oxundu.
Şəmistan Əlizamanlı Bakıda Ərdoğanla görüşdü - Foto

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün Bakıya gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qarabağ qaziləri, keçmiş hərbçilər, o cümlədən generalların bir qrupu ilə görüşüb.

Görüşdə "Qarabağ Qaziləri" İctimai Birliyinin sədri Asəf Əliyev iştirak edib. Görüş iştirakçıları arasında Azərbaycanın tanınmış hərbi diktoru, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı da olub. Türkiyə Prezidenti Əlizamanlının AKP-nin seçki musiqisi olan "Zəfər, bismillah" mahnısının bəstəçisi və ifaçısı olduğunu biləndə bu görüşdən çox məmnun olduğunu deyərək onunla şəkil çəkdirib.

Xatırladaq ki, Şəmistan Əlizamanlı Türkiyə Ordusunun Afrində apardığı əməliyyatlara həsr olunan, sözləri Əhməd Cavada aid "Yürüyün, əsgər, yürüyün" və "Turan ellər var olsun" mahnılarının da bəstəçisi və ifaçısıdır. Hər iki mahnı Türkiyənin reytinqli filmi "Diriliş Ərtoğrul"da Əlizamanlının öz ifasında səsləndirilib.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ