SON DƏQİQƏ
» » Ölkəmiz dördgünlük iş həftəsinə keçə bilər? - Nazir

Ölkəmiz dördgünlük iş həftəsinə keçə bilər? - Nazir

Tarix:

14-10-2019, 12:48

/ 1 763 dəfə oxundu.
Ölkəmiz dördgünlük iş həftəsinə keçə bilər? - Nazir

Qısaldılmış iş günləri kompleks məsələdir.

GunAz.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanda dördgünlük iş həftəsinin tətbiqi ilə bağlı danışarkən deyib.

Nazir bunun ölkənin əmək bazarına ciddi təsir göstərə biləcəyini bildirib:

“Azərbaycanda əmək haqqı aylıq əsasla müəyyən edilir. Dördgünlük iş həftəsi müzakirə edilən ölkələrdə isə saatbaşı əsas götürülür. Bizdə iş gününün azaldılması əmək haqqına təsir edə bilər. Bu, əmək resurslarının yaratdığı əlavə dəyərdən asılı olaraq müəyyən edilə bilər. Hazırda Azərbaycanda dördgünlük iş həftəsinin tətbiqi gündəmdə deyil”.

N.SAFURA

 

скачать dle 12.1

Şərhlər