SON DƏQİQƏ
» » Azərbaycanda icra başçısı müavinini işdən çıxardı: Sakinin şikayətinə görə

Azərbaycanda icra başçısı müavinini işdən çıxardı: Sakinin şikayətinə görə

Tarix:

14-10-2019, 11:03

/ 784 dəfə oxundu.
Azərbaycanda icra başçısı müavinini işdən çıxardı: Sakinin şikayətinə görə

Ağsu rayon icra başçısı Vahid Tağıyev ikinci müavini İqbal Mikayılovu vəzifəsindən azad edib. 

GunAz.az-ın bölgə müxbiri xəbər verir ki, buna səbəb icra başçısının qəbulu zamanı sakinlərdən birinin şikayəti olub. 

Rayon sakini probleminin həll olunmamasında İ.Mikayılovu ittiham edib. İcra başçısının müavini isə ittihamlara cavab verə bilməyib. 

Bunun nəticəsində İ.Mikayılov vəzifəsindən azad edilib. 

Vahid Tağıyev bu vəzifəyə Gülxan Zülfüqarovu təyin edib.

Qeyd edək ki, sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. O, bu postda Ənvər Qasım oğlu Seyidəliyevi əvəzləyib. 

Qeyd edək ki, bununla bağlı ilk məlumatı Baku.ws yayıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ