SON DƏQİQƏ
» » 50 nəfərlik piketlə inqilab etmək istəyi Yaxud Kərimlinin istəklə mövcud reallığa uyğun gəlməyən növbəti uğursuz cəhdi

50 nəfərlik piketlə inqilab etmək istəyi Yaxud Kərimlinin istəklə mövcud reallığa uyğun gəlməyən növbəti uğursuz cəhdi

Tarix:

12-10-2019, 14:40

/ 1 278 dəfə oxundu.
50 nəfərlik piketlə inqilab etmək istəyi Yaxud Kərimlinin istəklə mövcud reallığa uyğun gəlməyən növbəti uğursuz cəhdi

Adətən istənilən bir ölkədə siyasi hakimiyyət uğrunda mübarizə iki tərəf, qütb, hakimiyyətdə olan qüvvə ilə müxalifət arasında gedir. Bu birmənalıdır və reallıqdır. Bunun üçün hər iki tərəf mümkün qədər rəqibini zərərsizləşdirmək, onun siyasi reputasiyasına xələl gətirmək istiqamətində bütün mümkün vasitə və üsullardan yararlanır, istifadə edir. İstər yaxın qonşularımız, istərsə də uzaq coğrafiyada yerləşən ölkələrdə siyasi cameədə cərəyan edən proseslər, hakimiyyət uğrunda gedən mübarizə bunu təsdiqləyir. Ancaq təəssüflər olsun ki, eyni prosesləri Azərbaycan barədə söyləmək mümkün deyil. Ona görə yox ki, hakimiyyət bütün malik olduğu imkanlardan istifadə edərək  müxalifəti tamamilə sıradan çıxarmağı hədəfləyib. Əsla. Əksinə Azərbaycan hakimiyyəti, mövcud iqtidar bunu bir qanunauyğunluq, reallıq kimi qəbul edir ki, ölkədə güclü iqtidarın, hakimiyyətin olması üçün elə güclü müxalifətin də olması şərtdir. Ancaq məsələ orasındadır ki, Azərbaycan müxalifəti nəinki güclüdür, hətta güclü olmağa belə meyilli deyil. Əksinə müxalifət ildən-ilə zəifləməklə, gücünü, elektoratını itirməklə tədricən sıradan çıxır, məhvə doğru gedir. Bunun da başlıca səbəbi yuxarıda qeyd etdiymiz kimi müxalifətin özündədir. Artıq hakimiyyət uğrunda mübarizəni dövlətçilik uğrunda mübarizə səviyyəsinə keçirən, hər addımı, siyasi gedişi ilə dövləti, dövlətçiliyi zərbə altında qoyan müxalifətin radikallaşması, sivil, siyasi mübarizədən daha çox qarşıdurma, xaos, anarxiya yaratmaq kimi fəaliyyətlərə keçməsi müxalifətin cəmiyyət arasında nüfuzunun düşməsi, ona olan inam və etibarın azalmasına gətirib çıxaran amillərdəndir.  Digər tərəfdən radikal siyasi düşərgə, müxalifət partiyaları arasında müxalifətin birinciliyi uğrunda gedən mübarizə də xalqın həmin siyasi qüvvələrdən kənar gəzməsinə, ona dəstək verməməsinə təsir göstərir. Bunu bir neçə gün əvvəl radikal siyasi düşərgəni təmsil edən Milli Şura adlanan qurumun paytaxtda təşkil etdiyi piketlə də aydın şəkildə gördük. Əvvəlcədən müvafiq dövlət qurumları ilə anlaşma şəklində, müəyyən edilmiş ərazidə 50 nəfərlik piketin keçirilməsi barədə əldə olunan razılıq qarşılığında radikal siyasi düşərgənin piketi mitinqə çevirmək cəhdi, paytaxtda xaos, anarxiya, vətəndaşlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaratmaq istəyi sözügedən siyasi qüvvələrin çirkin məqsədlərə xidmət etdiklərini bir daha sübuta yetirdi. Piket iştirakçılarının ətrafdan keçən insanlara aksiyaya qoşulmaq barədə etdikləri çağırışlar, bu çarğırışlara etiraz edən vətəndaşlara qarşı kobud və təhqiredici davranışlar ortaya qoymaları bir daha sübut etdi ki, başda Əli Kərimli olmaqla radikal siyasi düşərgənin dərdi dinc aksiya, piket keçirmək yox, mümkün qədər ölkədə gərginlik, xaos, anarxiya, qarşıdurma yaratmaqdır. Əks təqdirdə piketin əsas təşkilatçılarından və ideya müəlliklərindən (təbii ki, Azərbaycanda. Hər kəs bilir ki, Kərimlinin təşkil etdiyi bütün aksiyaların ideya müəllifi və təşkilatçısı xaricdəki erməni lobbisidir) Əli Kərimli tərəfdarlarına icazəli aksiyada özlərini adam kimi aparmağı, qarşıdurma yaratmağa meyilli olmamamalarını tövsiyə edərdi. Ona görə də cəbhəçilərin, xüsusilə də Əli Kərimlinin son hərəkətləri, icazəli piket aksiyasında qarşıdurma yaratmaq cəhdi bir daha onu deməyə əsas verdi ki, nə Milli Şura, nə də bu qurumun əsas hərəkətverici qüvvəsi sayılan AXCP-nin mitinq keçirmək istəkləri mövcud vəziyyət və reallıqlarla tərs mütənasibdir. Birincisi, 50 nəfərlik piketdə qarşıdurma yaratmağa cəhd göstərən Kərimli, 400-500 nəfərlik mitinqdə bundan da artıq hərəkətlərə yol verər və hətta yaxın ətrafına mitinqdə bilərəkdən iştirakçılar arasında narazılıq, qarşıdurma yaratmağı tövsiyə edər ki, kütləvi ixtişaş baş versin. Nəticə etibarilə polis baş vermiş qarşıdurmanı yatırmaq istədikdə isə, bunu müxalifətə qarşı təzyiq kimi qiymətləndirsin.

Digər tərəfdən, son etiraz piketi bir daha sübuta yetirdi ki, radikal müxalifətin mitinq keçirməsi üçün hər hansı sosial sifariş yoxdur. Çünki cəmiyyət bu qüvvələri dəstəkləmir, onlara etibar etmir. Əks təqdirdə Milli Şura adlanan qurumun bundan əvvəl təşkil etdiyi etiraz aksiyası Kərimlinin iddia etdiyi kimi on minlərin etirazı kimi tarixə düşərdi. Ancaq son proseslər bir daha onu təsdiqlədi ki, Əli Kərimli başda olmaqla radikal siyasi düşərgəni nəinki on minlər, hətta min nəfər adam belə dəstəkləmir ki, bunun da başlıca səbəbləri yuxarıda qeyd etdiyimiz amillərdir. Eyni zamanda bu düşərgə daxilində zaman-zaman baş verən deqradasiya, cəmiyyət tərəfindən şiddətlə qarşılanan hallar da azsaylı vətədaşları, elektoratı da belə radikal müxalifətdən kənar salır. Məsələn, son piketdə etirazçıların önündə gedənlərin birinin də ailə-məişət zorakılığında adı hallanan Fuad Qəhrəmanlının olması elə hər şeyi deyirdi. Əlavə şərhə, hansısa araşdırma və sübuta ehtiyac yox idi. Əslində Kərimlinin Fuad Qəhrəmanlını həmin piketdə önı çıxarması birbaşa xalqa, radikal düşərgəyə etibar edən məhdud sayda insanlara təhqir idi. Digər tərəfdən Kərimlini qınamağa da dəyməz. Çünki yaxın tariximizdə etdiyi silsilə xəyanətlər, satqınlıqların nəticəsidir ki, onun yaxın ətrafında bir nəfər abırlı adam qalmayıb. İndiyə qədər onlarla cəmiyyətdə tanınmış simalar Kərimlidən ayrılaraq onun bölücülük, dövlətə qarşı düşmənçilik hərəkətlərinə etiraz ediblər. Ona görə də hazırda Kərimli Fuad Qəhrəmanlı kimi ailə-məişət zorakılığının aktiv iştirakçısı ilə hesablaşmaq, onunla addımlamaq zorundadır.

скачать dle 12.1

Şərhlər