SON DƏQİQƏ

Sürücülərin narazılığı..

Tarix:

11-10-2019, 16:19

/ 1 316 dəfə oxundu.
Sürücülərin narazılığı..

Bakı yollarında tez-tez müşahidə edilən sıxlığa səbəb kimi həm də aparılan təmir işləri göstərilir. Belə təmirlər zamanı aidiyyəti qurum olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məhdudiyyət olacağı barədə məlumat yayır və sürücülərdən alternativ yollardan istifadə etmələrini xahiş edir. Lakin bəzən alternativ yol üçün dəqiq ünvan, küçə adı qeyd edilmir. Bu isə sürücülərin narazılığına səbəb olur.

GunAz.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, alternativ yol kimi təklif edilən istiqamətlərin dəqiq ünvanlarının göstərilməsi mümkündür:

“Ancaq biz daha dəqiq olması üçün xəritə təqdim edirik. Məsələn, sürücülər arasında küçələri adları ilə tanımayanlar ola bilər. Hər sürücünün avtomobilində də naviqator olmur. Konkret olaraq alternativ yol qeyd edilir ki, hansı sürücüyə eyni istiqamətə çıxmaq hansı küçədən rahatdırsa, oradan istifadə etsin”.

A.Nəcəfli bildirib ki, bu kimi hallarda sürücülərin köməyinə daha çox xəritə çatır:

“Biz əsasən məlumatı bir neçə gün əvvəldən veririk və xəritə də əlavə edirik. Sürücülər o xəritəyə baxmaqla hansı küçələrdən istifadə etməyin mümkün olduğunu rahatlıqla görə bilirlər.

Ancaq yenə də qeyd etmək istəyirəm ki, xəritə ilə yanaşı alternativ kimi təklif edilən yolların küçə adları ilə verilməsi də mümkündür.

Məsələn, sizin vasitənizlə qeyd etmək istəyirəm ki, 14 oktyabrda gecədən etibarən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsinin məhdudlaşdırılması səbəbindən sürücülər alternativ kimi Hüseyn Cavid, Həsən bəy Zərdabi prospektləri, Əhməd Cəmil, Həsən Məcidov, Zahid Xəlilov, Əbdürrəhim bəy Haqverdiyev, Akim Abbasov küçələrindən istifadə edə bilər”.

скачать dle 12.1

Şərhlər