SON DƏQİQƏ

Elinanın ölüm işi: məhkəmə yekunlaşır

Tarix:

11-10-2019, 15:25

/ 552 dəfə oxundu.
Elinanın ölüm işi: məhkəmə yekunlaşır

Məktəbli Elinanın ölümünə görə məktəb direktoru hakim önünə çıxarılıb.

GunAz.az xəbər verir ki, 162 saylı orta məktəbin keçmiş direktoru Sevin Abbasovanın məhkəməsi Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilib.

Məhkəmə iclası sənədlərin tədqiqi mərhələsi ilə davam etdirilib.

Prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Növbəti məhkəmə iclasında prokuror S.Abbasovaya cəza istəyəcək.

Rəsmi ittihama görə, Belə ki, ittihamda qdyd olunub ki, Elina Hacıyeva mütəmadi olaraq dərslərə gecikib, geyimi məktəbli formasına uyğun olmayıb.

O da qeyd edilir ki, Alına sonuncu hadisədən öncə bir dəfə məktəbdə ülgüclə boğazını kəsib, şagirdlər daim Elinanı sıxışdırıb, lakin direktor Sevin Abbasova bununla bağlı hər hansı addım atmayıb.

Direktor sadəcə E.Hacıyevanın anasına şifahi məlumat verməklə kifayətlənib.

İttihama görə, E.Hacıyeva özünü məktəbdən atandan sonra S.Abbasova təcili tibbi yardımı vaxtında çağırmayıb. Bununla fa E.Hacıyevanın həyatını təhlükədə qoyub.

Elan olunmuş ittihamla Sevin Abbasova özünü təqsirli bilməyib.

Sonuncu məhkəmə prosesində Elinanın ailə üzvlərinin vəkilləri məhkəməyə 100 min manatlıq mülki iddia təqdim ediblər. Vəsatətdə cavabdeh tərəf kimi Təhsil Nazirliyi göstərilib. Məhkəmə vəsatəti icraata qəbul edilib.

Xatırladaq ki, məhkəmənin qərarı ilə Sevinc Abbasova barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, ev dustaqlığındadır.

Məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevin Abbasova cinayət məsuliyyətinə cəlb edilib.

S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ