SON DƏQİQƏ
» » Gürcüstanda Cümruhıyyətın yüz ıllıyınə sərgı olacaq-İLK DƏFƏ

Gürcüstanda Cümruhıyyətın yüz ıllıyınə sərgı olacaq-İLK DƏFƏ

Tarix:

10-10-2019, 17:33

/ 449 dəfə oxundu.
Gürcüstanda Cümruhıyyətın yüz ıllıyınə sərgı olacaq-İLK DƏFƏ

1918-1920-ci illəri əhatə edəcək unikal fotolar ilk dəfə olaraq sərgilənəcək. Azərbaycan Cümhuriyyətinə də aid olan fotolar gələn il muzeyə təqdim olunacaq

Gürcüstanın paytaxtı Tbilisidə yerləşən Milli Muzeydə arxiv fotoları nümayiş olunacaq. GunAz.az xəbər verir ki, muzey bununla bağlı Gürcüstan arxiv idarəsinə müraciət edəcək.

1918-1920-ci illəri əhatə edəcək unikal fotolar ilk dəfə olaraq sərgilənəcək. Azərbaycan Cümhuriyyətinə də aid olan fotolar gələn il muzeyə təqdim olunacaq.

Qeyd edək ki, 1918-ci il 28 may tarixində Azərbaycanın 6 bənddən ibarət "Milli İstiqlal Bəyannaməsi" hal-hazırda muzey kimi fəaliyyət göstərən bu binada imzalanıb. Azərbaycan Milli Şurasının ikinci (1918-ci il 29 may), üçüncü (1918-ci il 1 iyun) iclaslarının protokolları da həmin dövrdə Qafqaz Canişin sarayı adlanan binada yazılıb. 1918-ci il iyunun 16-na qədər, yəni Gəncəyə köçənə kimi Azərbaycan hökumətinin üzvləri də bu binada yerləşiblər.




 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ