SON DƏQİQƏ
» » Deputat: "Radikal müxalifət “bəlkə də qaytardılar”sevdası ilə yaşayır"

Deputat: "Radikal müxalifət “bəlkə də qaytardılar”sevdası ilə yaşayır"

Tarix:

10-10-2019, 15:55

/ 574 dəfə oxundu.
Deputat: "Radikal müxalifət “bəlkə də qaytardılar”sevdası ilə yaşayır"

"8 oktyabr piketini xalqdan uzaq düşmüş müxalif qruplaşmaların "rəhbər"lərının mitinqə çevirmək canfəşanlığı onları məhz "siyasətin bic övladları" səviyyəsinə endirmiş oldu". GunAz.az xəbər verir ki, bunu deyən millət vəkili Elman Nəsirovun sözlərinə görə,  "drijor"larının qorxaqlıqdan və ya "siyasi eqoizm"dən irəli gələrək "siyasi şou"da birbaşa yer almaslar da "barmaqları" hər yerdə görünürdü. Bu barmaqlar aksiya prosesində qanunların tələblərinə əməl olunmamasında, təhlükəsizlik və ictimai asayişin pozulmasına cəhdlərdə, vətəndaşların dinc yaşayış və istirahət hüququna hörmətsizlikdə, habelə nəqliyyatın ahəngdar fəaliyyətinə maneçilik törədilməsində öz nadürüst işini görürdü: "Pərdə arxası"ndan boylanaraq siyasi təxribat siqnalı verən radikallaşmış "lider"lər "bəlkə də qaytardılar"sevdası ilə yaşayır, siyasi məqsəd naminə "hər cür təxribatlar məqbuldur" formula ilə hərəkət edirdilər. Siyası vulqarlıq və məsuliyyətsizliyin sözügedən mənzərəsinin ötəri təhlili belə bir sıra ciddi nəticələr çıxarmağa əsas verir".

YAP rəsmisi eyni zamanda əlavə edib ki,  nə qədər ki, müxalifətin radikal kəsimi praqmatik və real düşüncə tərzinə deyil, hakimiyyət hərisliyi yolunda illüziyalar qapılacaqlar, bu halda xalqın qapısı da üzlərinə bağlı qalacaq: "Real siyasət isə odur ki, ümummilli məsələlərdə hakimiyyətə müxaliflik etmək olmaz. Xalqın gözü tərəzidir. Bu həqiqəti danmaq olmaz".

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ