SON DƏQİQƏ

Qarabağ qaziləriylə görüş keçirilib

Tarix:

10-10-2019, 14:47

/ 1 801 dəfə oxundu.
Qarabağ qaziləriylə görüş keçirilib

Bərdə rayonu, "Yeni Daş" kəndində Dünya Azərbaycanlıları Asambleyasının prezidenti Rəşad Quliyevlə Qarabağ qazilərinin görüş keçirilib. GunAz.az xəbər verir ki,

Qarabağ qazilərinə Dünya Azərbaycanlıları Assambleyasının fəaliyyəti, Qarabağ məsələsi ilə bağlı görülən işlərlə bağlı məlumat verilib.

Dünya Azərbaycanlıları Assmableyasının prezidenti Rəşad Quliyev çıxışında, qazi adından şəxsi məqsədlər üçün istifadənin yol verilməz olduğunu və xalqımızla birlikdə Qarabağın işğaldan azad olunacağına əminliyini bildirib.

Daha sonra Rəşad Quliyev, Dünya Azərbaycanlıları Assambleyasının dünya üzərində yaşayan 50 milyondan artıq azərbaycanlının insan haqlarının, milli mədəni hüquqlarının təmin olunmasını qarşısına məqsəd qoymuş beynəlxalq ictimai təşkilat olduğu diqqətə çatdırıb.

Daha sonra tədbirdə qazilər çıxış edib

Onlar, qayğıları və onları narahat edən problemlər barədə danışıblar. Eyni zamanda, qazi adı altında oyunbazlıq və bu ad altında siyasi alver edənlərin oyunlarının qarşısının alınmasını bildirdilər.

Sonda Qarabağ qazilərinə Dünya Azərbaycanlıları Assambleyasının struktur bölmələrinin fəaliyyətilə bağlı geniş məlumat verilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ