SON DƏQİQƏ
» » Şabranda 9 yaşayış məntəqəsini əhatə edən yol təmir edilir

Şabranda 9 yaşayış məntəqəsini əhatə edən yol təmir edilir

Tarix:

10-10-2019, 13:59

/ 620 dəfə oxundu.
Şabranda 9 yaşayış məntəqəsini əhatə edən yol təmir edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şabran rayonunda 25 km uzunluğunda avtomobil yolunun yenidən qurulması işləri yüksək keyfiyyətlə davam etdirilir. Agentlikdən GunAz.az-a bildirilib ki, söhbət Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolundan gedir. Yol IV texniki dərəcəyə uyğun (6m hərəkət hissə, 2x2m çiyin hissələr) yenidən qurulur.

Tikinti layihəsinə uyğun olaraq, yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, qruntun hissə-hissə avtoqreyderlə yayılması və lay-lay kipləşdirilməsi işləri aparılıb. Yolun müəyyən hissəsində yolun genişləndirilməsi üçün dağ yamacının kəsilməsi işləri də görülüb.

"İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, daha sonra yol boyu iri (7sm) və xırda (5sm) dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi işlərinin aparılmasına da start verilib. Asfaltlanma işləri yolun 150 min kv.m-dən çox sahəsini əhatə edir.

Layihənin sonuncu mərhələsində isə hərəkətin normal təşkili üçün yol nişanları, km göstəriləri və siqnal dirəkləri quraşdırılacaq, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, 25 km uzunluğunda olan yol torpaq əsaslı və çınqıl örtüklü idi. Uzun illər istismar olunmasına baxmayaraq yol indiyə qədər yenidən qurulmamışdı. Hətta yolun bəzi hissələrinin IV texniki dərəcəyə uyğunlaşdırılması üçün torpaq yatağının genişləndirilməsinə ehtiyac var idi. Bu üzdən Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolu 9 yaşayış məntəqəsini əhatə etməklə 4 minə yaxın vətəndaşın rayon mərkəzinə, ordan da respublikanın istənilən nöqtəsinə rahat gediş-gəlişini təmin edəcək, marşrut boyu kənd təsərrüfatı və turizmin daha da inkişaf etməsinə, yeni turizm marşrutların yaranmasına şərait yaradacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ