SON DƏQİQƏ
» » Şəki və Mingəçevir istiqamətlərinə gecə reysləri bərpa olundu

Şəki və Mingəçevir istiqamətlərinə gecə reysləri bərpa olundu

Tarix:

10-10-2019, 12:00

/ 845 dəfə oxundu.
Şəki və Mingəçevir istiqamətlərinə gecə reysləri bərpa olundu

Oktyabrın 18-dən etibarən Mingəçevir və Şəki istiqamətinə gecə reysləri fəaliyyətə başlayacaq.  Bu barədə məlumat GunAz.az -a Baki Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki,  avtobuslar hər gün Bakıdan Mingəçevirə 23:30, Mingəçevirdən isə Bakıya 01:00-da yola düşəcək. Şəki üzrə isə hərəkət hər iki istiqamətdə 23:30-da baş tutacaq.

Məlumatda o da bildirilib ki, biletlər bu gündən satışdadır. Sərnişinlər biletləri qabaqcadan satış kassalarından səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün əvvələ kimi və ya gündəlik, eyni zamanda "avtovagzal.az" saytı və ya mobil tətbiq üzərindən "onlayn" qaydada əldə edə bilərlər.

Xatırladaq ki, gecə reysləri uzun fasilədən sonra 1 oktyabr tarixindən etibarən bərpa olunub. Sərnişinlər artıq Gəncə və Qırmızı Körpü istiqamətləri ilə yanaşı Mingəçevir və Şəki istiqamətində də gecə reyslərindən yararlana biləcək. Reyslər sərnişindaşıma üçün tələb olunan bütün standartlara cavab verən "Neoplan" markalı avtobuslarla həyata keçirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ