SON DƏQİQƏ

Bu gün 4 rayonda qaz olmayacaq

Tarix:9-10-2019, 10:54 Oxunub:1 642

Oktyabrın 9-da səhər saat 09:00-dan “Qaz İxrac” İdarəsinin “Ərəblinka” orta təzyiqli qaz xəttində aparılacaq sazlama işləri ilə bağlı Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsi, N.İsmayılov prospekti, Z.Bünyadov, Anaşkin, Ş.Kamilov küçələrində qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən GunAz.az-a verilən məlumata görə, saat 10:00-dan eyni idarəyə məxsus “Pirəkəşkül” Qaz Paylayıcı Stansiyasında yeni quraşdırılmış modul tipli stansiya şəbəkəyə birləşdiriləcək. Bu işlər görülən zaman Abşeron rayonunun Pirəkəşkül, Çaylı və 28 may qəsəbələrində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

Bu gün saat 10:00-dan “Qaz İxrac” İdarəsinin “Qarabağ” ölçü qovşağı üzrə aşkarlanan qaz sızmalarının aradan qaldırılmasına başlayıb. Bu müddət ərzində Yevlax rayon mərkəzinin bir hissəsi və bəzi yaşayış məntəqələrində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Saat 11:30-dan isə “Altıağac-Ağsu” magistral qaz kəmərində aparılacaq profilaktik işlər ilə bağlı Şamaxı rayonunun bir neçə kəndinin qaz təminatında fasilələr yaranacaq.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<