SON DƏQİQƏ

Vətəndaşlar nədən şikayətləniblər?

Tarix:

20-09-2019, 15:00

/ 1 271 dəfə oxundu.
Vətəndaşlar nədən şikayətləniblər?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov sentyabrın 20-də Sabirabad rayonunda vətəndaşları qəbul edib. Agentlikdən GunAz.az-a bildirilib ki,  qəbulda Sabirabad və Saatlı rayonlarından olan 20-dən artıq vətəndaşın müraciət və şikayətlərinə baxılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə İmişli rayonunda vətəndaşları qəbul edib.  İmişli rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı İmişli rayonundan olan 15-dən artıq vətəndaşın müraciətinə baxılıb.

Hər iki qəbul zamanı müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ