SON DƏQİQƏ
» » Əgər mənimdə bircə əlil arabam olsaydı...VİDEO

Əgər mənimdə bircə əlil arabam olsaydı...VİDEO

Tarix:

19-09-2019, 13:55

/ 3 167 dəfə oxundu.
Əgər mənimdə bircə əlil arabam olsaydı...VİDEO

Əliş İbli oğlu Dünyamalıyev Qarabağ müharibəsi əlilidir. Qubadlı rayonunun Xanlıq kəndindən məcburi köçkün düşərək Bakının Binəqədi rayonunun Zahid Qənbərov küçəsindəki  Bünyad Sərdarov adına zavodun 9 saylı yataqxanasında  didərgin həyatı yaşayır.
1988-91 ci illərdə Qubadlı 2 ci batalyonunun 3 cü bölüyünün komandiri olub.
Əliş Dünyamalıyev Hal kəndinin  erməni quldurlarından qorunmasında iğidliklər göstərib və baş nahiyyəsindən ağır yaralanıb. Ordu qəzetində, eləcə də bir çox qəzet və jurnallarda igid döyüşçümüz barədə çoxlu məqalələr yazılıb.
Oğlu Vüsal Əliş oğlu Xanlıq kəndində beşinci sinifdə oxuyarkən  zədə alıb . Həkimlər ona iflic diaqnozu təyin ediblər. Birinci qrup əlildir.
Baş leytenant Əliş Dünyamalıyev və qardaşı baş gizir Hüseyn Dünyamalıyev vətəni mərdliklə qoruyublar. Hətta sərhədlərimizi qoruyarkən , asğın düşmənlə  vuruşarkən xəstə uşağından xəbəri olmayıb, kənd çamaatı oğlunu təhlükəsiz yerə gətiriblər.
Ermənilər onların evlərin yandırıblar.
Qubadlı rayonu işğal olunduqdan sonra Əliş  Dünyamalıyev  yenə də hərbidə xidmət edib ,  1995 - ci ilin may ayının 15 də ordudan tərxis olunmuş Əliş Dünyamalıyev 8 nəfər ailə üzvləri ilə  kommunal məhdud şəraitli yataqxananın bir otaqlı mənzilində  26 ildir ki çox əziyyətlərə məruz qalıblar. Oğlu , birinci qrup əlil, hərəkət imkanları məhdud olan yataq xəstəsi  Vüsala anası baxır . Yeriyə bilməyən Vusalı  əl arabası ilə  təmin etmək lazımdır ki,  o da həyətə çıxa bilsin.Havasızlıq ,rütubət və darısqallıqdan  görün necə əziyyət çəkirlər? Mənzildə əl üz yuyulan yerin, tualetin olmaması Vüsalı və ona baxan ananı çətin duruma salıb .
Hanı bizim qeyrətlı oğullarımiz ki 30 yaşını adlamış bir gənclə diqqət ayırmır?
Bu ailəyə nə Binəqədi rayon icra hakimiyyəti  rəhbərləri tərəfindən, nə Qubadli rayon rəhbərləri  tərəfindən , nə də Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi tərəfindən heç bir qayğı göstərilməyibdir.
Ayaq və ya əl barmağını itirmiş Qarabağ müharibəsinə pulsuz avtomobil verildiyi halda,  baş kəllə travması alan əlilə niyə avtomobil verilmir? Qanunda nə qədər boşluqlar olar ? 
Çəkdiyim  vidioya baxan qeyrətli oğullar inanıram ki, Vusala  kömək edəcək, ona diqqət və qayğı göstərəcəklər.
Ölkədə bu qədər Əlillər çəmiyyəti , ictimai birliklər , onda nəyə lazımdir?
Hanı bu rayonun deputatları?
Bu qədər də sayqısızlıq olarmı?
63 yaşlı Əliş Dünyamalıyevin  müalicəyə ehtiyacı olsa da,  oğlu Vüsalın şəraitsizliyindən sanki qovrulur, yanıb, yaxılir , ürəyi qubar bağlayıb  bu atanın.
Göz yaşları qurumayan ananın nələr çəkdiyini duyursunuzmu ? .
Bəlkə bir imkanlı,  qeyrətli insan  tapılar və   bu ailəyə diqqət ayırar ?
Rauf İlyasoğlu

 

 

 

Əgər mənimdə bircə əlil arabam olsaydı...VİDEO

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ