SON DƏQİQƏ
» » Bu, qardaşlığımızın bariz nümunəsidir - Millət vəkili

Bu, qardaşlığımızın bariz nümunəsidir - Millət vəkili

Tarix:

16-09-2019, 16:34

/ 1 880 dəfə oxundu.
Bu, qardaşlığımızın bariz nümunəsidir - Millət vəkili

Türkiyənin Gəncədəki konsulluğunda Nuru Paşanın başçılığı altında Qafqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin və Bakının işğaldan azad edilməsinin 101-ci ildönünü münasibətilə tədbir keçirilib.

GunAz.az xəbər verir ki, tədbir iki qardaş dövlətin himnlərinin səslənməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk bu günün tarixi önəmindən danışaraq, Qafqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin tariximizdə yeri və rolundan bəhs edib.

Millət vəkili Pərvin Kərimzadə və Gəncə şəhər icra başçının müavini Vəfa Abbasova çıxış edərək, 15 sentyabr tarixinin əhəmiyyəti, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərindən söz açıb.

Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva Bakının işğaldan azad edilməsinin böyük tarixi hadisə olduğunu deyib:

“Bu hadisə xalqımızın tarixində mühüm rol oynayıb. Qafqaz Türk İslam Ordusu Azərbaycana gəlib, Azərbaycanın igid oğulları ilə birlikdə Bakını erməni daşnakları və bolşeviklərdən xilas edib. Nuri Paşanın komandanlığı altında Qafqaz Türk İslam Ordusu daim ehtiramla xatırlanıb, bundan sonra da xatırlanacaq. Biz həmişə onların xatirəsini dərin hörmətlə anırıq. Bu, Türkiyə-Azərbaycan qardaşlığının ən bariz nümunəsidir”.

Q.Paşayeva Azərbaycan-Türkiyə qardaşlığının aparılan dövlət siyasəti nəticəsində daha da yüksək səviyyəyə çatdığını bildirib. Millət vəkili gənclərimizi ortaq tariximizi dərindən öyrənməyə və təbliğ etməyə də çağırıb.

Q.Paşayevanın dəvətilə Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər etmiş “Türkiyə” qəzetinin yazarı Məryəm Aybikə Sinan, Əhməd Yasəvi Vəqfinin rəhbəri Fatma Sönməz, “Ötükən” nəşriyyatının başçısı Ayşəgül Büşra Çalık, araşdırmaçı Neslihan Kabaklı çıxış edərək Türkiyə-Azərbaycan qardaşlığından bəhs ediblər.

Daha sonra tədbir iştirakçıları Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi, Cavad Xan türbəsi, Gəncə İmamzadə kompleksi, dahi Nizami Gəncəvinin məqbərəsi və Türkiyənin Gəncədəki konsulluğunu ziyarət ediblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ