SON DƏQİQƏ
» » QMİ sədri: "Aşura günü zəncirvurma, başyarma və qan çıxarma halları bəyənilmir"

QMİ sədri: "Aşura günü zəncirvurma, başyarma və qan çıxarma halları bəyənilmir"

Tarix:

10-09-2019, 13:23

/ 2 258 dəfə oxundu.
QMİ sədri: "Aşura günü zəncirvurma, başyarma və qan çıxarma halları bəyənilmir"

"İllər keçməsinə baxmayaraq, hələ də Azərbaycanda Aşura günü ənənəsi yaşadılır".

GunAz.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, sonrakı dövrlərdə bəzi təsirlər nəticəsində zəncirvurma, başyarma, qan çıxarma halları olurdu və bəyənilmirdi: "Buna görə də qərara gəlindi ki, qanvermə aksiyası olsun. Öz qanımızı verməklə xəstə insanlara kömək edirik. Bu, şəriətin və dinin istəyidir".

Şeyxülislam qeyd edib ki, hazırda Azırbaycanın bir çox məscidlərində qanvermə aksiyası davam edir: "Sevindirici haldır ki, Azərbaycandan sonra qonşu ölkə olan İran və Türkiyədə də bu ənənə vüsət alıb. Hesab edirəm ki, bu savablı işdir. Vətən uğrunda şəhid olan bütün şəhidlərimizə də başsağlığı verirəm".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ