SON DƏQİQƏ

Xalq Artisti: "Ayağım sağalmaq üzrədir"

Tarix:

2-09-2019, 21:03

/ 1 621 dəfə oxundu.
Xalq Artisti: "Ayağım sağalmaq üzrədir"

Sentyabr ayının 2 də Qarabağ və Zəngəzur tarixinin indiyə qədər xalqa məlum olmayan qaranlıq səhifələrini arxiv sənədlərinə istinadən açaraq dəyərli kitablar yazaraq xalqımıza çatdıran Azərbaycanın Xalq Qəhrəmanı Aslan bəy Sultanovun nəvəsi ,  tədqiqatçı alim, hüquqşünas, yazıçı Faiq Abdullayevlə ( Sultanovla ) birlikdə görkəmli incəsənət xadimi, kinorejissor ,  Azərbaycanın Xalq Artisti , ADMİU - nin professoru,  " Şöhrət " ordenli, xalqımızın sevimlisi , çox hörmətli Ramiz Əzizbəylinin qonağı olduq. 
Görkəmli sənətkarın ömür - gün yoldaşı Zümrüd xanım həmişə olduğu kimi bu dəfə də bizi ətirli , şirniyyatlı, mürəbbəli ( ağ gilas və cənnət alması ) çay süfrəsinə dəvət etdi. 
Ramiz müəllim gəlişimizdən çox sevindi.
Faiq Abdullayevlə Ramiz Əzizbəyli tariximizin yeni açılmış ( 1920-23 cü illər ) ağrılı səhifələrindən uzun - uzadı maraqlı söhbətlər etdilər.
Daha sonra Ramiz Əzizbəylinin duzlu , məzəli, insan qəlbini oxşayan şirin  söhbətlərindən  zövq aldıq, feyziyab olduq. 
Onu da qeyd edim ki Azərbaycanın Birinci Vitse Prezidenti , hörmətli Mehriban xanım Əliyeva  şəxsən Ramiz Əzizbəyliyə bir avtomobil hədiyyə etmiş və Fondun vəsaiti hesabına görkəmli sənətkarın yaşadıgı mənzili yüksək səviyyədə təmir etdirmişdir. 
Ramiz muəllim bizimlə söhbətində  bildirdi :"  Dövlət rəhbərlərimizin hər zaman diqqət və qayğısını görmüşəm. 
Həkimlərimiz də sağ olsunlar, ayağım da sağalmaq üzrədir. 
Sizin gəlişiniz məni sonsuz dərəcədə ruhlandırdı.
Ona  görə sevinirəm ki   hər dəfə sizinlə görüşüm sosial şəbəkələrdə minlərlə pərəstişkarlarımın sevincinə səbəb olur və mənə çoxlu zənglər gəlir. 
Dostlar vaxtilə kinorejissor olaraq çəkdiyim filmlərin,  o cümlədən " Bəxt üzüyü " filmimdən gülməli əhvalatları yadıma salırlar. 
Mən xalqımı, vətənimi, müasir müstəqil dövlətimi çanımdan da çox istəyirəm . 
Allah bizə Qarabağlı, Zəngəzurlu günlərimizi bir daha nəsib etsin. " 
Görkəmli , sevimli sənətkarımızla  söhbətlərimizdən müsbət enerji aldıq və xoş təəssuratla yenidən görüşmək ümidi ilə sağollaşdıq. 
   Rauf İlyasoğlu , GunAz.az
  Faiq Abdullayev ( Sultanov).

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ