SON DƏQİQƏ

Ermənini məğlub edən samboçumuz-ÖZƏL

Tarix:

26-08-2019, 19:24

/ 3 701 dəfə oxundu.
Ermənini məğlub edən samboçumuz-ÖZƏL

 

Yolumuz çox uzaq yox - Azərbaycanın şimal - şərqində, paytaxtdan təxminən 110 km aralıda yerləşən əzəmətli dağları,füsünkar gözəlliyi olan bulaq suyu içib,dağ havası almış şairlər torpağı Xızı rayonu oldu.Lay-lay düzülmüş Xızı dağlarını yol boyu seyr etdikcə düşünürsən ki,Ulu Tanrı bizə nə gözəl əsrarəngiz təbiət gözəlliyi bəxş edib.İnsana elə gəlir ki,rəssam fırçası ilə çəkilib bu gözəlliklər.Sayadlar kəndinə çatanda istər - istəməz ayaq saxlamalı olduq.Ziyarətgaha çevrilən gözəl bir kənd - Mikayıl Müşfiqin doğulub,dünyaya göz açdığı Sayadlar  kəndi.Nakam-sevilən şairimizin simvolik məzarı olan "Müşfiq ocağı"nı ziyarət etmək hər birimizin mənəvi borcudur.Bu gün 25 min misradan ibarət olan Müşfiq xəzinəsindən bəhrələnirik. Bitməz - tükənməz bir xəzinə...Qərinələr ötdükcə gələcək nəsil də bu xəzinədən layiqincə bəhrələnəcək.
   Yolumuzu davam etdirib birbaşa Xızı rayonunun Qızılqazma kəndinə,dəniz səviyyəsindən təxminən 1200 metr hündürlükdə yerləşən sərvi boylu,bulaq suyu,dağ havalı sərin meşəsi ilə könülləri oxşayan əsrarəngiz bir kənd.Qızılqazma kəndinin özəlliyi və gözəlliyi ondan ibarətdir ki, bu kənd şəfa ocağı kimi də adlandırılır.Astma-bronxid xəstəliklərinə məlhəm olan bu kəndin havası,suyu,torpağı doğrudan da Tanrının bizə verdiyi bir hədiyyədir.
  Təbiət qoynuna gəlməyimizin əsas səbəbini öyrənəndə hər birimizin üzündə sevinc və qürur hissi duyuldu.Haqqında söhbət açdığım həmvətənlimiz olan,Belarusiyada "İkinci Avropa Oyunları"nın Sambo yarışında bürünc medal uğrunda qarşıdurmada Ermənistan idmançısı Maksim Manukyanı məğlub edən,Xızı torpağının yetişdirməsi Mehman Xəlilov oldu.Əslən Xızı rayonunun Şurabad kəndindən olan Mehman Mehran oğlu Xəlilov 1994-cü ildə Sumqayıt şəhərində anadan olub.Uşaq yaşlarından idmana həvəsi olduğu üçün 8 yaşı olarkən idmanın kiçik sirrlərini öyrənməyə maraq göstərir.Bu həvəs balaca Mehmanda yaşca ondan böyük olan qardaşından qaynaqlanıb.Bu fürsətdən istifadə edən Mehman böyük nəaliyyətlər qazanmağı qarşısına məqsəd qoyur.Böyük həvəs onu İdman Universitetinin tələbəsi (2012-2016) adını qazanmağa qədər gətirib çıxarır.İdmanla mütəmadi məşğul olması onun bir çox nəaliyyətlər qazanmağına səbəb olur.Sambo üzrə dəfələrlə Azərbaycan birinciliyinin qalibi olur.2015-ci ildə Dünya Kubokunun bürünc mükafatçısı,2018-ci ildə Moskva şəhərində keçirilən Sambo üzrə idman növünün ən güclü turniri olan Anatoli Xarlanpiyevin xatirəsinə həsr olunmuş turnirin qalibi olur.Həmin yarışda erməni idmançısı üçüncü yer ilə kifayətlənərək,Azərbaycan Dövlət Himnini dinləməyə məcbur olur.Bu vaxt Mehman Xəlilov yaşanan vəziyyətdən qürur duyaraq,növbəti yarışlara daha da yüksək səviyyədə hazırlaşmasına ruhlanır.2018-ci ildə Yunanıstanın paytaxtı 
Afinada keçirilən Avropa Cempionatın bürünc mükafatçısı olur.2019-cu ildə keçirilən "Yay Olimpiya Avropa Oyunları"nda 57 kq çəki dərəcəsində erməni idmançıya qalib gələrək,ölkəmizə bürünc medal qazandırır.Erməni idmançısını təmiz qələbə (9-1) məğlub edir.Öz karyerasını davam etdirən Mehman Xəlilov bundan sonrakı qələbəsi ilə də öz xalqını sevindirəcəyini və bundan da qürur duyduğunu bildirdi.
   Ziyafət masasında Gənclər və İdman Nazirliyinin məsul işçiləri,həmçinin "Cabir Novruz " Mədəniyyət Fondunun prezidenti, professor Cavanşir Qurbanov, Mədəniyyət Nazirliyinin məsul işçisi Sənan Talıbov,dörd idman növü üzrə SSRİ idman ustası Adil Sadıqov,Gənclər və İdman növünün kuratoru Tofiq Eyvazov,Cüdo üzrə ikiqat Parolimiya Çempionu,qazimiz İlham Zəkiyev,Cüdo üzrə Avropa Çempionatının bürünc mükafatçısı Rauf Mütəllimov,Sambo üzrə Dünya Çempionumuz Elçin Mayılov,Azərbaycan Milli Konservatoriyasının müəllimi,ustat sənətkar - mahir qarmon ifaçısı Nizami Əsgərov,Dilbər Axundzadə yadigarı Leyla Axundzadə,GünAz.Az saytının redaktoru Rəsmiyyə Heybətağaqızı,jurnalist Elşad Dağlı,şair Vüqar Dağlı və başqaları öz çıxışları ilə ölkəmizə qalib qayıdan Mehman Xəlilovu təbrik etdilər .Professor Cavanşir Qurbanov çıxışında gənclərə öz dəyərli tövsiyyələrini verdi.Dövlət və Dövlətçiliyimizə sadiq olmağı,Azərbaycanımız üçün bundan da yüksək nəaliyyətlər əldə etmələrini dilədi.Xeyriyyəçi Hacı Elnurun idmançımızın şərəfinə təşkil etdiyi ziyafətdə poeziya və musiqili gözəl bir gün keçirildi."Cabir Novruz" Mədəniyyət Fondunun təsis etdiyi Mikayıl Müşfiq büstü və müxtəlif qiymətli hədiyyələr erməni idmançısının kürəyini yerə vurub,ölkəmizə qalibiyyətlə qayıdan həmyerlimizə təqdim olundu.Bu mükafatlandırma mərasimi böyük alqışlara səbəb oldu.Poeziya və musiqi dəqiqələri ilə keçən ziyafət axşama qədər davam etdi.
   Belarusiyanın Minsk şəhərində keçirilən "İkinci Olimpiya Oyunları"nı ekran vasitəsilə izləyən 50 milyonluq Azərbaycanlılar həmin anda qürur hissi keçirirdilər. Hətta sevinc göz yaşlarına səbəb olan bu qalibiyyət anları hafizələrdən silinməz izlər qoydu.
Ermənini məğlub edən samboçumuz-ÖZƏLRəsmiyyə Heybətağaqızı
GunAz.az

 

 

Ermənini məğlub edən samboçumuz-ÖZƏL

 

Ermənini məğlub edən samboçumuz-ÖZƏL

 

Ermənini məğlub edən samboçumuz-ÖZƏL

 

Ermənini məğlub edən samboçumuz-ÖZƏL

 

Ermənini məğlub edən samboçumuz-ÖZƏL

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ