SON DƏQİQƏ

İranda 2 deputat saxlanılıb

Tarix:

22-08-2019, 21:44

/ 2 687 dəfə oxundu.
İranda 2 deputat saxlanılıb

İran parlamentinin iki deputatı saxlanılıb.
GunAz.az xəbər verir ki, bu barədə parlamentin sözçüsü Məhəmməd Cavad Camali məlumat verib.
Saxlanılanlar Zəncan və Əbhəri təmsil edən deputatlar - Firudin Əhmədi və Məhəmməd Əzizidir. Onlar Tehranda Evin həbsxanasına nəql olunsalar da, sonradan 10 milyard rial (təxminən 238 min dollar) dəyərində girov pulla azadlığa buraxılıblar. 
Məhəmməd Cavad Camali bildirib ki, indiyədək bu haqda İranın Məhkəmə Sistemindən parlamentə məktub göndərilməyib. Deputatın saxlanılması və ya dindirilməsi ilə bağlı qərar olarsa, adətən prosesdən öncə parlamentin rəyasət heyətinə məlumat verilir.Qaynarinfo
скачать dle 12.1

Şərhlər