SON DƏQİQƏ
» » Dövlət Komitəsinin sədri Xızıda vətəndaşların qəbulunu keçirəcək

Dövlət Komitəsinin sədri Xızıda vətəndaşların qəbulunu keçirəcək

Tarix:

22-08-2019, 17:30

/ 1 944 dəfə oxundu.
Dövlət Komitəsinin sədri Xızıda vətəndaşların qəbulunu keçirəcək

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri, sədr müavinləri tərəfindən vətəndaşların qəbulu davam edir. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova avqustun 30-da saat 10:00-da Xızı rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.

Dövlət Komitəsindən GunAz.az-a bildiriblər ki, qəbulda Xızı, Siyəzən və Şabran rayonlarının vətəndaşlarının ərizə, təklif və müraciətlərinə baxılacaq.

 

скачать dle 12.1

Şərhlər