SON DƏQİQƏ
» » “Azərişıq” tərəfindən ölkədə yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir

“Azərişıq” tərəfindən ölkədə yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir

Tarix:

20-08-2019, 17:50

/ 1 309 dəfə oxundu.
“Azərişıq” tərəfindən ölkədə yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir

“Azərişıq” ASC ölkənin regionlarında apardığı tikinti, yenidənqurma,bərpa işlərini Qərb regionunda da davam etdirir, istismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurulur.

GunAz.az xəbər verir ki, bu barədə jurnalistlərə “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye, turizm və digər iaşə obyektlərinin, o cümlədən əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün 2019-cu ilin 8 ayında Qərb regionunda bir sıra yenidənqurma işləri həyata keçirilib və hazırda davam etdirilir.

 Belə ki, Gəncə şəhərində yeni salınmış 35/10 kV-luq “Məhsəti” yarımstansiyasını elektrik enerjisi ilə təchiz etmək məqsədilə 110/10 kV-luq “Yeni-Gəncə” yarımstansiyasından iki dövrəli 3,1 km uzunluğunda 35 kV-luq yeraltı kabel xətti çəkilib. Sözügedən qəsəbədə yeni 10 kV-luq hava xətti çəkilib və 5 ədəd komplekt transformator məntəqəsi şəbəkəyə qoşulub. Gəncə şəhərindəki 110/10 kV-luq “Mərkəz” və 35/6 kV-luq “Vağzalyanı-1” yarımstansiyaları yenidən qurularaq istifadəyə verildikdən sonara istehlakçılar 24 saat dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Eyni zamanda şəhərdəki yeni yaşayış massivlərinin, sənaye obyektlərinin elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni komplekt transformator məntəqələri quraşdırılır, hava xətləri çəkilir. Bütün bunlarla yanaşı şəhər ərazisində yeni salınmış yaşayış massivlərində “Azərişıq” ASC tərəfindən verilmiş texniki şərtlərin icrası ilə bağlı (yenisayğacların quraşdırılması üçün) 0,4 kV-luq şəbəkələr qurulur. Belə ki, həminərazilərdə 396 ədəd 0,4 kV-luq yeni metal boru dayaqlar quraşdırılmışdır.10 km-dən artıq məsafədə yeni ÖİN (SİP kabel) çəkilmişdir.

Şəmkir Elektrik Şəbəkəsi üzrə - 110 və 35 kV-luq Yarımstansiyalarda və Elektrik Verilişi Xətlərində əsaslı və cari təmir işləri aparılmış, 35 kV-luq “I Şəmkir” h/x-də 46 ədəd çürük dayaq yeni metal dayaqla əvəz olunmuşdur.35 kV-luq C.Cabbarlı h/x-də 25 ədəd aralıq və 4 ədəd ankerdayaq dəyişdirilmişdir. Şəbəkənin xidməti ərazisində 558 ədəd yeni sayğac quraşdırılmış,1769 ədəd sayğac yenisi ilə əvəzlənmiş,660 ədəd sayğac isə çölə çıxarılmışdır.

Ağstafa Elektrik Şəbəkəsi üzrə - 110 və 35 kV-luq Yarımstansiyalarda və Elektrik Verilişi Xətlərində əsaslı və cari təmir işləri görülmüşdür. 110/35/10 kV-luq 2x20 mVA gücündə olan “Ağstafa” yarımstansiyası tamamilə yenidən qurularaq, yerində müasir standartlara cavab verən 110/35/10 kV-luq 2x25 MVA gücündə yarımstansiya tikilmişdir. 10/35/10 kV-luq “Ağstafa” yarımstansiyasının yenidən qurulması ilə əlaqədar ərazidəki 110 kV-luq 5,6,7-ci “Ağstafa” h/x-də 450 ədəd qüsurlu PS-70 izolyator və 1500 kq AS-185 markalı naqillər dəyişdirilmişdir. 5 ədəd 110 kV-luq dayaq rənglənmişdir. 110/35/10 kV-luq “Ağstafa” yarımstansiyasından çıxarılmış 1 x 20 mVA gücündə olan transformator quraşdırılması üçün 110/10 kV-luq “Poylu- Dartı” y/st-na daşınmışdır.

Samux, Qazax,Gədəbəy,Tovuz,Daşkəsən və Göygöl Elektrik Şəbəkələri üzrə də yeni yarımstansiyalar inşa olunur, hava xətləri yenilənir. Bütün rayonlarda 0,4 kV-luq elektrik şəbəkələrinin ÖİN kabellərlə əvəzlənməsi işləri davam etdirilir, yeni avadanlıqlar (dayaqlar,SİP kabellər,KTM-lər və s.) qurlaşdırılır, sayğaclar dəyişdirilir.

скачать dle 12.1

Şərhlər