SON DƏQİQƏ
» » Oğuzda ağacdan yıxılan qadının beli qırıldı

Oğuzda ağacdan yıxılan qadının beli qırıldı

Tarix:

19-08-2019, 21:57

/ 1 123 dəfə oxundu.
Oğuzda ağacdan yıxılan qadının beli qırıldı

Oğuzda gavalı ağacından yıxılan qadının beli sınıb.

GunAz.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Muxas kəndində baş verib.

Kənd sakini 44 yaşlı Xalidə Həbibullayeva həyətlərində olan ağacdan gavalı yığarkən ehtiyatsızlıqdan yerə yıxılıb.

Ağır xəsarət alan qadın Oğuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona onurğa sütununun sınığı diaqnozu qoyulub.

X.Həbibullayevanın vəziyyətinin ağırlığı nəzərə alınaraq, Bakıdakı xəstəxanalardan birinə göndərilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ