SON DƏQİQƏ

Xocalıda katliam yapdı zalim erməni

Tarix:

16-08-2019, 17:08

/ 3 074 dəfə oxundu.
Xocalıda katliam yapdı zalim erməni

 

Tahir Görenli ilə Türkiyənin Sivas  şəhərində keçirilən şeir festifalında tanış olduq.Mənə öz kitabından birini hədiyyə etdi .
Kitabın adi "Ömür  Mevsimlerim" adlanır. 160 səhifəlik kitabda şairin qəlb çirpıntıları hiss olunur. Bir-  birindən təsirli şeirlər yazan Tahir qardaşımız  qardaş Türkiyənin Qəhrəmanmaraş şəhərində yaşayır. Son dərəcə vətənpərvər şairdir. Şeirlərini əzbər soyləmək özü fitri istedaddır.Bu da hər şairə nəsib olmur. Çox gözəl xasiyyəti var. Azərbaycana məhəbbəti sonsuzdur. 
   Tədbirlərin birində Xocalı müsibəti haqda ürək ağrısiyla dediyi şeir olduqca təsirli idi:

Cocuqların gözünü canlı canlı oydular, 
Karabağda katliam yapdı katil ermeni.

Tahir Görenli erməni katillərinin  1992 ci ilin 25 dən 26 na kecən gecədə Azərbaycanın  Xocalı səhərində yaşayan  türklere qarşı törədilmiş soyqrımı ürək ağrısıyla qələmə almış ve  tədbirlərdə necə də yanqıyla söyləyir , hər kəs təsirlənirdi: 

Karabağ  Hocalıda doğan güneş  karardı , 
Göğsu kesilmiş ana evlad diye yanardı. 
Cesedlerin içinde yaralı can arardı, 
Hocalida katlism yapdı zalım ermeni  .

Tahir Gorenlinin Salam olsun, Kara gözlü yar, Maralım və digər məhəbbət mövzulu şeirleri də sevilərək oxunur. 
Şairin Çanaqkale neden geçilmez  adlı şeiri qəhreman türk esgerlerine ucaldılmış bir abidədir . 
Cəsarətli qələm dostumuza can sağlığı ,yeni yeni uğurlar arzulayıram. 
Rauf İlyasoğlu

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ