SON DƏQİQƏ

Seyfulla Əzimov vətəndaşları qəbul edəcək

Tarix:

16-08-2019, 14:00

/ 1 760 dəfə oxundu.
Seyfulla Əzimov vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov 2019-cu il avqust ayının 24-də Bərdə Rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən GunAz.az-a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ