SON DƏQİQƏ
» » Səudiyyə koalisiyasının dəstəklədiyi Yəmən hökuməti çevrilişə görə BƏƏ-ni ittihamlandırıb

Səudiyyə koalisiyasının dəstəklədiyi Yəmən hökuməti çevrilişə görə BƏƏ-ni ittihamlandırıb

Tarix:

15-08-2019, 18:50

/ 1 785 dəfə oxundu.
Səudiyyə koalisiyasının dəstəklədiyi Yəmən hökuməti çevrilişə görə BƏƏ-ni ittihamlandırıb

Yəmən hökuməti rəsmi bəyanat verib: Ölkədə baş verən çevrilişin səbəbkarı Birləşmiş Ərəb Əmirliyi və "Cənubun Keçid Şurasıdır".

GunAz.az  Anadolu.Arabic-ə istinadla xəbər verir ki, mərkəzi qərargahları müvəqqəti paytaxt Ədəndə yerləşən Yəmən Hökuməti şəhərdə separatçıların çevriliş həyata keçirməsilə bağlı rəsmi bəyanat verib.

Səudiyyə Ərəbistanı hərbi koalisiyasının dəstəklədiyi və beynəlxalq ictimaiyyətin tanıdığı Yəmən Hökumətinin Xarici İşlər Nazirliyi Ədəndə baş verən çevrilişə görə BƏƏ-ni və "Cənubun Keçid Şurası"nı ittihamlandırıb.

Bəyanatda "Cənubun Keçid Şurası"ndan tələb edilib ki, Ədən şəhərində ələ keçirilən hökumət binalarını onlara təhvil versinlər.

Yəmən hökumətinin bu bayanatında BƏƏ-dən tələb edilib ki, separatçı "Cənubun Keçid Şurası"na verdiyi dəstəkləri dayandırsın.

Bəyanatın bir hissəsində əlavə edilib ki, vaxtilə Səudiyyə koalisiyası Yəməndə legitimliyi dəskələmək və husilərdən qorumaq üçün hərəkətə keçdiyi kimi indi də hərəkətə keçməlidir.

Qeyd edək ki, Ötən həftənin sonu BƏƏ-nin dəstəklədiyi separatçı meyilli "Cənubun Keçid Şurası"nın qüvvələri müvəqqəti paytaxt Ədəndə əksər hökumət binalarını ələ keçiriblər. Səudiyyə Ərəbistanı tərəfləri atəşkəsi bərpa etməyə çağırıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ