SON DƏQİQƏ

Sabirabadda ağır qəza: ölənlər var

Tarix:

15-08-2019, 09:00

/ 1 267 dəfə oxundu.
Sabirabadda ağır qəza: ölənlər var

Bu gün səhər saatlarında Sabirabad rayonunun Nərimankənd kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

GunAz.az Report-a istinadən xəbər verir ki, KİA və QAZ-24 markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, xəsarət alanlar olub.

Hər iki meyit müayinə olunmaq üçün Sabirabaddakı məhkəmə tibbi ekspertizaya göndərilib.

Xəsarət alanlardan iki nəfər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Bunlar 1955-ci il təvəllüdlü Xudiyev Əliibrahim Əliş oğlu, 1987-ci il təvəllüdlü Dövlətov Nicat İbadulla oğludur. Daha 1 nəfər Şirvan Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ