SON DƏQİQƏ
» » Şoyqu risk altında idi, qırıcını vurmalıydıq - Jirinovski

Şoyqu risk altında idi, qırıcını vurmalıydıq - Jirinovski

Tarix:

14-08-2019, 11:20

/ 1 994 dəfə oxundu.
Şoyqu risk altında idi, qırıcını vurmalıydıq - Jirinovski

Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski NATO qırıcılarının Rusiya Müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmaq cəhdinə reaksiya verib.

GunAz.az xəbər verir ki, Jirinovski fikirlərini öz Teleqram səhifəsində paylaşıb.

O bildirib ki, Rusiyanın yüksək vəzifəli şəxslərinin risk altında qalmasına izn verməmək lazımdır:

“Rus təyyarələrinə xarici hərbi təyyarələrin yaxınlaşması halında onları vurmaq lazımdır. Əgər bir dəfə NATO təyyarəsi vurulsa, alyans ikinci dəfə belə bir hərəkətə yol verməyəcək”.

Qeyd edək ki, ötən gün NATO qüvvələrinə aid F-18 qırıcısı göyərtəsində Rusiya Müdafiə naziri Sergey Şoyqunun olduğu təyyarəyə təhlükəli dərəcədə yaxınlaşıb.

скачать dle 12.1

Şərhlər