SON DƏQİQƏ
» » Bayıl Qəsri yenə suyun üzünə çıxdı - VİDEO

Bayıl Qəsri yenə suyun üzünə çıxdı - VİDEO

Tarix:

30-07-2019, 09:03

/ 3 594 dəfə oxundu.
Bayıl Qəsri yenə suyun üzünə çıxdı - VİDEO

Bakıda bayraq meydanının yaxınlığında bir müddətdir ki, yeni adacıq yaranıb. Quşların məskəninə çevrilən bu yaşıl ərazi necə olub ki, yaranıb?

GunAz.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, bir zamanlar Karvansaray, Müdafiə qalası və hətta Gömrükxana kimi istifadə edilən Bayıl Qəsri yenə suyun üzünə çıxıb. Buna səbəb Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsidir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin İnkişafı, Qorunması və Bərpası üzrə Dövlət xidmətinin mətbuat katibi Fariz Hüseynovun sözlərinə görə, həmin tarixi abidənin adı müxtəlif mənbələrdə "Sualtı şəhər" , "Bayıl daşları", "Səbayıl qalası", "Karvansara", "Xanəgah", "Gömrükxana" və s. kimi keçir. Abidə qorunan abidələr sırasına daxildir və zaman-zaman dənizin suyu azaldıqca üzə çıxır.

Bir neçə il əvvəl qalanın 3 D formalı maketi də hazırlanıb. Belə ki, tarixi planan əsasən qala divarları şərqdə altı, qərbdə isə beş yarımdairəvi bürclə möhkəmləndirilb. Üstəlik qalanın quruya çıxan yoluda olub.

Fariz Hüseynovun sözlərinə görə gələcəkdə bu abidənin restavrasiya edilməsi üçün də işlər görüləcək. Çünki abidənin yerləşdiyi yer həm tursitlər, həm də yerli insanların buranı ziyarət etməsi üçün çox əlverişlidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ