SON DƏQİQƏ
» » “Dost” və “İRS” mükafatlarının təqdimatı keçirilib

“Dost” və “İRS” mükafatlarının təqdimatı keçirilib

Tarix:

22-07-2019, 11:34

/ 1 742 dəfə oxundu.
“Dost” və “İRS” mükafatlarının təqdimatı keçirilib

Jurnalistika böyük zəhmət, xüsusi səy, professional yanaşma, hadisələri operativ qiymətləndirmək və prosesləri düzgün analiz bacarığı tələb edən sənətdir.

HEYDƏR ƏLİYEV

 

Təqvimdə 22 iyul 2019-cu il möhtəşəm bir gün. Milli Mətbuatımızın 144-cü ildönümü qeyd olundu. 1875-ci il 22 iyulda dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşr etməklə Azərbaycanda Milli Mətbuatın əsasını qoydu. 1875-1877-ci ildə fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdür. Az ömür yaşamış “Əkinçi” qəzeti bu günə qədər böyük bir tarix yazdı. Hal-hazırda ölkəmizdə yüzlərlə qəzet və jurnal fəaliyyət göstərir. İnsanın zəkası və fəaliyyəti həmişə irəliyə və yüksəlişə can atır. Milli Mətbuatın yaranmasının 144-cü ildönümü münasibətilə “Zümrüd-M” Production-un və “Zərdabi-LTD” şirkətinin birgə təşkil etdiyi “Dost” və “İRS” mükafatlarının təqdimetmə mərasimi “Everest” klubunun möhtəşəm zalında baş tutdu.

Tədbirdə millət vəkili Sona Əliyeva, “Zərdabi-LTD” şirkətinin rəhbəri Seymur Bayramov, “Riyad” Təhlükəsizlik Xidmətinin rəisi Etibar Qasımov, “Riyad” Təhlükəsizlik Xidmətinin regional rəhbəri Gündüz Əliyev, həmin xidmətin mətbuat katibi Mais Araz, xalq artisti, canlı korifey Flora Kərimova, BMT-nin Sülh səfiri Yeganə Məmmədova, Musiqili Komediya Teatrının əməkdar artisti Nahidə Orucova, ecazkar əllərin sahibi, rəssam Minayə Dəyanətqızı, “Dünya tv”-nin vitse-prezidenti Əli Hüseynov, əməkdar artist, mahir skripka ifaçısı Səlim Abbasov, həkim-stomatoloq Mehriban Həsənova, həkim-kosmetoloq Şairə Yaqubova, tanınmış şairə Səadət Məftun, modelyer Gülşən Naxış, 104-FM Yanarsaatın aparıcı işçiləri - Famil Məcidli və Anar Orucov səmimi çıxışları ilə Milli Mətbuatın 144-cü ildönümü ilə əlaqədar jurnalistlərin peşə bayramını təbrik edərək, onlara qələmlərinin daha da iti olmasını arzulayaraq “Dost” diplomları və qiymətli hədiyyələr ilə mükafatlandırıldılar.

Tədbir tanınmış müğənnilərin ifaları ilə yüksək səviyyədə təşkil olunmuşdur. Gözəl ifalar dinləyib, xoş əhval-ruhiyyə ilə gözəl rəqslər edildi. On illik ənənəyə sadiq olaraq “Zümrüd-M” Production-un direktoru Zümrüd Güləliqızı jurnalistlərdən - Zeynəb Məmmədli, Yeganə Bağırova, Lider tv-nin aparıcı əməkdaşları Kamran Cavad və Nuranə Andronova, Ziba Hüseynova və bir çoxlarının “İRS” diplomu mükafatlarını təqdim etdi. Tədbirin sonunda Zümrüd Güləliqızına və Seymur Bayramova bu gözəl günün təşkilinə və təqdimata görə qonaqlar və jurnalistlər öz təşəkkürlərini bildirdilər. Bu sevincli gündə mən də “Gunaz.az” saytının redaktoru kimi “İRS” diplomu mükafatına layiq görüldüyümə görə sevincimin həddi-hüdudu yox idi. Gözəl keçən tədbir gecəsindən xoş təəssüratlarla ayrıldıq.

Milli Mətbuatın və Jurnalistikanın banisi Həsən bəy Zərdabi və onun “Həyat və mübarizə” yoldaşı Hənifə xanıma bu xoş günləri bizə bəxş etdikləri üçün Allahdan rəhmət diləyirik. Ruhları şad olsun.

 

Rəsmiyyə

Heybətağaqızı

“Dost” və “İRS” mükafatlarının təqdimatı keçirilib

 

“Dost” və “İRS” mükafatlarının təqdimatı keçirilib

 

“Dost” və “İRS” mükafatlarının təqdimatı keçirilib

“Dost” və “İRS” mükafatlarının təqdimatı keçirilib

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ