SON DƏQİQƏ
» » "Azəriqaz" bu il 85 yaşayış məntəqəsini və massivini qazlaşdıracaq

"Azəriqaz" bu il 85 yaşayış məntəqəsini və massivini qazlaşdıracaq

Tarix:

19-07-2019, 19:58

/ 1 331 dəfə oxundu.
"Azəriqaz" bu il 85 yaşayış məntəqəsini və massivini qazlaşdıracaq

 Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu il ölkənin 38 inzibati rayonunda qazlaşdırılma işlərinə başlayıb.

Bu barədə GunAz.az-a SOCAR-dan məlumat verilib.

Məlumata görə, 2019-cu ildə regionlarda 58 yaşayış məntəqəsinin, 27 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Bu ilin yanvar-mart aylarında Ağcabədi, Ağsu, Beyləqan, Gədəbəy və İsmayıllı rayonlarının 14 kəndində qazlaşdırma tam başa çatıb və ümumilikdə 2 569 fərdi ev qazla təmin edilib.

İstismara hazır olan məntəqələr (kənd və qəsəbələr) barədə mütəmadi olaraq məlumatlar veriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ