SON DƏQİQƏ

Məşhur şairə vəfat edib

Tarix:

18-07-2019, 23:37

/ 4 594 dəfə oxundu.
Məşhur şairə vəfat edib

Şairə, Əməkdar incəsənət xadimi Kəmalə Ağayeva vəfat edib.

GunAz.az bildirir ki, Kəmalə Ağayeva 1936-cı il iyulun 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1953-1957-ci illərdə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsində təhsil alıb.

1957-1961-ci illərdə Naxçıvanın Şıxmahmud kənd orta məktəbində, Naxçıvan şəhərindəki 1 saylı orta məktəbdə, 1961-1986-cı illərdə Naxçıvan şəhər internat məktəbində fransız dili müəllimi, 2002-2005-ci illərdə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ədəbi hissə müdiri, həm də həmin illərdə “Ümid çırağı” jurnalının baş redaktoru olmuşdur.

İlk mətbu şeiri – “Hilal olaydım” 1957-ci ildə “Azərbaycan” jurnalında dərc ediləndən sonra fəal bədii yaradıcılıqla məşğul olmuşdur. Fransız dilindən poetik tərcümələr etmişdir. Onun “Məhsəti”, “İsmət”, “O, bizim dağların oğludur”, "Mənim tanrım gözəllikdir, sevgidir”, “Apardı sellər Saranı, “Göyçək Fatma”, “Tıq- tıq xanım”, “Məlikməhəmməd” və “Sirli sözlər” pyesləri tamaşaya qoyulmuş, efirdə səslənmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

Kəmalə Ağayeva Fransa şairlərindən Pol Elüar, Pol Verleni, L.Araqon və b. tərcümə etmişdir. Ümumittifaq ədəbiyyat tədbirlərində iştirak etmişdir: 1980-ci ildə Özbəkistanda Azərbaycan incəsənəti günlərində, 1982-ci ildə Vaqif poeziya günlərində, 1967-ci ildə Ümumittifaq yazıçılar qurultayında nümayəndə olmuşdur.

1979-cu ildə sovet nümayəndə heyətinin tərkibində 20 gün ABŞ-nın VaşinqtonNyu-YorkÇikaqoSan-FransiskoBoston və Sietl şəhərlərində olaraq müxtəlif tədbirlərdə Azərbaycan şairəsi olaraq özünün vətənə, dostluğa, sülhə aid şeirlər ilə çıxışlar etmişdir.

1965-1983-cü illərdə Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin, 1981-1983-cü illərdə Azərbaycan Yazıçılar Birliyinin təftiş komissiyasının və Kitabsevərlər cəmiyyəti idarə heyətinin üzvü, dəfələrlə Naxçıvan şəhər Sovetinin deputatı olmuşdur.

Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi idi

2019-ci ilin iyul ayının 18-də vəfat edib.

Allah rəhmət eləsin!

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ