SON DƏQİQƏ
» » Meyvələri oğurlayıb, ucuz qiymətə satırmış...

Meyvələri oğurlayıb, ucuz qiymətə satırmış...

Tarix:

17-07-2019, 13:16

/ 1 900 dəfə oxundu.
Meyvələri oğurlayıb, ucuz qiymətə satırmış...

Quba rayon sakini Ehtiram Talıbov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək gecə saatlarında bazar ərazisinə satmaq üçün gətirdiyi mövsümi meyvələrin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı barədə məlumat verib.

Daxili İşlər Nazirliyi Quba regional qrupundan GunAz.az-a verilən məlumata görə, dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən rayon sakini, 22 yaşlı Əmrah Əmrahov saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini edərək, oğurladığı meyvələri dəyərindən ucuz qiymətə satdığını və əldə etdiyi pulları xərclədiyini bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ